Şrift:
İslam dinini "hicab" səviyyəsinə yendirib siyasətə alət edənlər indidə avropada.
27.02.2012 [12:55] - Mədəniyyət
Avropa "hicabla" oynayır. Gündəmi və müsəlmanları "DİN deyil HİCAB MÜDAFİYƏÇİLƏRİ" xəttində saxlarır.

Hicablı türk millət vəkili irqçi hücumuna məruz qalıb. Əslən türk olan Belçikanın paytaxtı Brüssel bölgə parlamentində millət vəkili olan Mahinur Özdemir həmkarları tərəfindən hicabına görə təhqir olunub. Millət vəkili seçildiyi 2009-cu ildə Özdemiri baş örtüyü ilə and içməsinə mane olmağa çalışan Liberal millət vəkili Denis Ducarme bu dəfə radio proqramında irqçi fikirlər söyləyib.
Özdəmiri hədəfə alan Ducarme dövlətin tərəfsizliyini müdafiə etdiyini qeyd edərək bildirib ki, parlamentdə fərqli millətlərdən çoxsaylı millət vəkilləri var: “Onlar radikalizm və milliyətçilik kartı oynayırlar”.
Ducarme hicabı “İslamın sancağı” adlandıraraq məclisdə qadağa qoyulmasının gərəkdiyini vurğulayıb. O bir daha qeyd edib ki, o tək deyil və bu sırada bir sıra millət vəkilləri həmfikirdir.
Bu xəbər oxucular tərəfindən 1624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed