27.02.2012 [13:01] - Güney Azərbaycan-Təbriz
Proqramın qonağı olan politoloq Natiq Miri müstəqillik qazandıqdan bu yana Azərbaycanın zaman-zaman İrandan təhdidlər aldığını bildirib: “Hazırda münasibətlər daha da gərginləşib. Nəzərə almaq lazımdır ki, bu gün İranda vahid güc mərkəzi yoxdur. Mümkündür ki, bu güc mərkəzlərindən hər hansı biri və ya bir neçəsi Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır.
Məsələn, İrandan Azərbaycana böyük miqdarda narkotik maddələr keçirməyə çalışırlar. Bu prosesə “Sepah”ın nəzarət etdiyi bildirilir. Söhbət Azərbaycan büdcəsinin 10 mislində dəyəri olan narkotik yüklərdən gedir. Bu yüklər sərhəddə saxlanıldıqda, təbii ki, İranda bəlli güc mərkəzlərinin maraqlarına toxunur”.
Proqramın digər qonağı, politoloq Ərəstun Baxşəliyev gərginləşən İran-Azərbaycan münasibətləri fonunda prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahı olan Brüsselə səfərini təsadüfi saymadığını deyib: “Azərbaycan İranın ciddi təhdidi ilə üz-üzə qaldığından Qərblə hərbi əməkdaşlığı genişləndirməlidir. Bakı uzun müddət balanslaşdırılmış xarici siyasətə üstünlük verib. Ancaq hazırkı şəraitdə Azərbaycan müəyyən nüanslara diqqət yetirməlidir. Bu baxımdan prezidentin Brüsselə səfərini və NATO ilə əməkdaşlığı genişləndirmək istəyini təsadüfi saymıram. Bu, Tehranın siyasətindən narahatlığa işarədir. Prezidentin Qusardan Bakıya geri dönərkən Qubanın yəhudi icması ilə görüşməsi də İrana mesaj idi”.
(Proqramın Video görüntüsün aşağıda izləyın)

Bu xəbər oxucular tərəfindən 3389 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |