16.07.2016 [00:25] - Gündəm, Bildiriş
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac olduğunu nəzərə alaraq, nazirlik tərəfindən Bakı şəhərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları təşkil edilir.
Nazirliyin saytı məlumat verir ki, 2016-cı ilin iyun ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən təlim kurslarında Bakı şəhər, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərindən fortepiano alətinin təmiri və köklənməsi sahəsində səriştəsi olan müəllimlər iştirak ediblər. İyulun 15-də təlim kurslarını keçmiş müəllimlərə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində müvafiq vəsiqələr təqdim olunub.
Bu iş cari ilin sentyabr ayından etibarən davam etdiriləcək və respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.

Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |