Şrift:
"Eurovision 2012" təmsilçisi Nizami Gəncəvini oxuyur
27.02.2012 [14:08] - Gündəm
Sebiyanın "Eurovision 2012"-də təmsilçisi Jelko Yoksimoviç demək olar, hər gün Azərbaycanın zəngin tarixi haqqında oxuyur.
"Mən Bakıya səfərimi səbirsizliklə gözləyirəm və demək olar, hər gün Azərbaycanın zəngin tarixi, Nizami Gəncəvi kimi son dərəcə gözəl Azərbaycan şairləri haqqında oxuyuram. "Eurovision"da iştirak etmək dostlarımdan barəsində çoxlu yaxşı sözlər eşitdiyim bu ölkədə olmaq üçün nadir şansdır", - serbiyalı iştirakçı müsahibəsində deyib.
Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan və Serbiya arasında çox sıx əlaqələr var. "Ümid edirəm və inanıram ki, ölkələrimizin əməkdaşlığı gələcəkdə daha da möhkəm olacaq", - Yoksimoviç deyib.
Onun sözlərinə görə, "Eurovision" qədim ənənələrə malik müsabiqədir, şübhəsiz ki, bir çox Avropa ölkələrində çox populyardır və orada iştirak gənc və istedadlı musiqiçilərin irəliləməsinə imkan verir.
"Eurovision" təcrübəsi iştirakçılara böyük populyarlıq gətirə bilər, lakin hər bir musiqiçi bilməlidir ki, belə uğurun ömrü az ola bilər", - o deyib.
Müğənninin fikrincə, 2011-ci ilin noyabrında Serbiyanın teleradio yayım korporasiyasının onu seçməsinin əsas səbəbi onun "Eurovision"da iş təcrübəsinin olması ilə bağlıdır.
Yoksimoviç 2004-cü ildə müsabiqənin aparıcısı olub, müsabiqədə iki dəfə bəstəkar kimi çıxış edib və 2008-ci ildə Belqardda "Eurovision" müsabiqəsində moderator olub.
"Müsabiqə mənim karyerama çox güclü təsir göstərib və şəxsən mən xüsusilə də Azərbaycanda bu müsabiqədə iştirakıma görə şadam və fəxr edirəm", - serb iştiraçı bildirib.
Müsabiqədə çıxış edəcəyi şouya gəldikdə, deyiv ki, bu barədə danışmaq hələ tezdir.
"Mən öz mahnımı martın 10-da Belqradda TV şouda təqdim edəcəyəm və bundan sonra mən sizə nömrənin vizual məzmunu haqqında daha çox şey söyləyə bilərəm", - Yoksimoviç deyib.
Onun sözlərinə görə, şounun başlıca elementi mahnıdır.
"Hesab edirəm ki, mən yaxşı mahnı oxuyacağam və Bakıda Serbiyanı layiqincə təmsil edəcəyəm. Düzünü desəm, mən müsabiqədə iştirakdan çox şey gözləyirəm", - Yoksimoviç deyib.
Müğənninin sözlərinə görə, ölkəsini təmsil etmək məsuliyyətini öz üzərinə götürməkdən qorxmur.
"Bu böyük şərəf və məsuliyyətdir. Artıq dediyim kimi, bu mənim üçün ilk dəfə deyil, ona görə də mən bunun nə demək olduğunu təsəvvür edə bilərəm. Mən öz karyeramda çox qəribə dönüşlər yaşamışam, indiki anda isə mən sadəcə olaraq mahnını daha yaxşı şəkildə təqdim etmək üzərində çalışıram", - serbiyalı iştirakçı bildirib.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed