Şrift:
Türkiyədə 50-dən çox yüksək rütbəli hərbçi, 420-dən çox hakim həbs olundu
17.07.2016 [18:39] - Gündəm, Hüquq
Məhkəmə hərbi çevrilişə cəhddə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin 52 yüksək rütbəli zabitinin həbs edilməsi barədə qərar qəbul edib.

Bu barədə “Anadolu” agentliyi məlumat verir.

Qeyd edək ki, İstanbulda hərbi çevrilişə cəhdə görə aparılan xüsusi əməliyyat çərçivəsində 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız, Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Denizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.

Məhkəmə, həmçinin hərbi çevrilişə cəhdlə əlaqəsi olan 420 prokurorluq əməkdaşı və hakimin həbsi barədə qərar çıxarıb.

Bundan əvvəl Türkiyədə məlum hadisələrə görə 2745 hakim işdən kənarlaşdırılıb. Bu qərar Ali Hakim və Prokurorlar Şurası tərəfindən qəbul olunub.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed