Şrift:
Kerri: ABŞ-a Gülənin ekstradisiyası üçün Ankaranın formal sorğusu lazımdır
18.07.2016 [15:32] - Gündəm, Hüquq
ABŞ-a bu ölkədə yaşayan müxalif islam təbliğçisi Fəthullah Gülənin ekstradisiyası üçün Ankaranın formal sorğusu lazımdır.

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.

C.Kerri bildirib ki, ekstradisiya üçün, həmçinin F.Gülənin Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində əli olması ilə bağlı sübutlar təqdim etmək lazımdır.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed