19.07.2016 [11:12] - Gündəm, Sosial
Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi vətəndaşların işə gəlmə və çıxma vaxtlarının fərqli edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərib.
Nəqliyyat Agentliyi təklif edir ki, iş vaxtları saat 08:00-dan 17:00-a və saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Yəni hamının eyni vaxtda - saat 18:00-da işdən çıxması ilə bağlı müəyyən dəyişiklik edilərsə, yaranan tıxacların qarşısını da müəyyən qədər almaq olar.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq olunmasını təklif edir.
Milli Məclisin deputatı Musa Quliyev də bu təklifi zəruri hesab edir.
M.Quliyev bildirib ki, bu məsələ hələ iki il bundan öncə də Milli Məclisdə qaldırılmışdı: “Bakıda tıxacların aradan qaldırılmasının bir yolu da iş vaxtlarının, o cümlədən dərslərin müxtəlif saatlara təyin edilməsidir. Vacib deyil ki, hər yerdə iş saat 09:00-da başlasın, bütün məktəblərdə dərslər saat 08:00-da, yaxud 08:30-da başlasın və eyni vaxtda da qurtarsın. Elə yerlər var ki, iş saat 07:00-da, elə yer var 09:00-da, 10:00-da başlaya bilər. Dünya ölkələrində də bu cür təcrübədən geniş istifadə olunur”.
O əlavə edib ki, bu cür təcrübənin tətbiq edilməsi nəqliyyat tıxaclarını azaltmaqla yanaşı, şəhərdə insan sıxlığının da azalmasına səbəb olar.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bu təklifin səmərəli ola biləcəyini düşünür.
Ə.Hüseynov Trend-ə bildirib ki, bu cür təcrübə dünyanın bir çox yerində, Bakı kimi böyük şəhərlərdə tətbiq edilir: “Aydın məsələdir ki, tək bununla tıxac problemini tam aradan qaldırmaq olmaz, çünki tıxacı yaradan səbəblər çoxdur. Ancaq iş saatlarını müəyyən qədər fərqli etmək mümkün olarsa, hamı birdən kütləvi şəkildə yola çıxmayacaq və pik saatlarda yollarda gərginlik xeyli azalacaq”.
Ekspert hesab edir ki, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı və bu istiqamətdə ciddi təbliğat aparılmalıdır: “Bu ideya könüllü olmalıdır. Özəl şirkətlərdə iş qrafikini inzibatçılıq yolu ilə müəyyən etmək olmaz. Ona görə də təbliğat işləri aparılmalıdır ki, özəl şirkətlər də bu təklifə müsbət yanaşsınlar”.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |