27.02.2012 [15:47] - DAVAMın yazıları
Anar TURAN
İnsanlar öldürürlər və ya ölürlər. Amma çox nadir hallarda ölümün və ya öldürmənin bir ilahi mənası və dəyəri olur. Mənalı ölüm varsada o da təbii ki, ya din ya elm uğrunda, ya vətən ya xalq, ya da halal yoldan gəlir əldə etmək istəyən, ailə külfətinin rifahı üçün öldürülən və ya ölən kimsəyə məxsusdur. Öldürmənin mənası da yalnız onda məqbuldur ki, o yalnız vətən, xalq yolunda həqiqi din uğrunda baş versin və bu da zərurətdən doğan bir hal olsun. Haqq dini İslam bunları buyurur bizlərə. İslamda bu cür mənalı və məzmunlu ölümün adı Şəhidlikdir!
Bu mövzuya toxunmağımın əsas səbəbi şəhidliyə etdiyim sonsuz ehtiramdan savayı yola saldığımız 20-yanvar şəhidliyi, Məhərrəm ayı və fevralın 26-sı qeyd etdiyimiz Xocalı faciəsinin növbəti iyirminci ildönümüdür. Əziz oxucu... İslam dininin şəhidlərə verdiyi qiymət hər bir müsəlmana bəlidir. Müqəddəs Qurani- Kərimdə bu barədə buyurulur: Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Bilinki onlar diridirlər, lakin siz onu anlamazsınız” ( Əl- Bəqərə surəsi, 154)
Uca yaradanın uca sözləridir bunlar, hansıki min illər keçsədə öz qüdrətini saxlamaqdadır. Şəhidlik elə bir məqamdır ki, Allah dərgahında onun mükafatı böyükdür. Hədisi-Şəriflərin birində deyilir: “Şəhidin qul borcundan başqa bütün günahlarını Allah əff edər”. Şəhidlik məqamına yüksəlməyin şərəfli bir iş olduğunu bu hədisdən aydın görürük. Xalqımızın xeyli igid oğul və qızları bu məqama yüksəlmişlər. Ötən əsrin əvvəllərindən tutmuş, axırlarına kimi vətən, xalq uğrunda minlərlə şəhid vermişik. Mənim gördüyüm Azərbaycan şəhidliyi 20 yanvardan başlayır, 1-ci Qarabağ müharibəsində bitir. Sevinirəm ki, bu ruhda böyümüşəm və o şərəfli 20 yanvar gününü uşaq olsamda görmüşəm. Qırmızı güllələrin ardıcıl atəşlə insanların başına yağdırılması, yaralıların yaşadığımız evin yanında təcili yardım maşınına qoyulması, zirehli tankların qarşısına çıxan hər nə varsa öz tırtılları arasında əzməsi və nəhayət eşitdiyim lakin bir neçə gün sonra mətbuatda şəkillərin gördüyüm o faciəli gecənin qurbanları şahidi olduğum şəhidlik məktəbinin ilk məzunlarıdır. Eyni zamanda 1992-ci ilin 26 fevralında Xocalı şəhərində törədilən SOYQIRIM! Bütün bunlar uşaqlıq xatirələrimin acı cizgiləridir. Çünki mən bu hadisələrin baş verdiyi dönəmdə yaşamışam, böyümüşəm, illərlə bu faciənin qurbanları xatirinə inşalar yazmışam, tədbirlərdə iştirak etmişəm, şəhidlər xiyabanını dönə-dönə ziyarət etmişəm. Bütün bunlar mənimdə psixoloji durumuma müsbət mənada təsirsiz ötüşməyib. Bu ruhda mən həm əzilmişəm, həmdə qarşısıalınmaz intiqam hissi ilə böyümüşəm. Öz azadlığı və müstəqilliyi, xalqının rifahı və ən azından ailəsinin təhlükəsizliyi uğrunda qurban gedən şəhid qardaş və bacılarla və ən əsası haqq uğrunda öldürülənlərin həmyerlisi olmağımla qürur duymuşam. Amma fotolara, mərhum reportyor, milli qəhrəmanımız Çingizin lent yazılarına baxanda və fikirləşəndə ki, axı Xocalıdakı silahsız insanlar tək öldürülmədi, onlar vəhşiliyə məruz qaldı, qulaqları, burunları, başları kəsildi, gözləri ovuldu, dəriləri soyuldu. Körpəyə, hamilə qadına, ağsaqqala, ağbirçəyə rəhm edilmədi. Hətta öz şikarını yaxalamağa çalışan hansısa yırtıcı heyvanın belə ağlına gəlmədiyi eybəcər üsullarla yalnız Türk olmağına görə,müsəlman olmağına görə qətl olundu. Bütün bunları fikirləşəndə məndə qürurdan əsər əlamət belə qalmır. Çünki biz bu vəhşiliyi görməməliydik, bu eybəcərliyi yaşamamalıydıq. Biz düşmənlərimizin bizimlə belə davranmalarına izn verməməliydik. Əfsuslar olsun ki, biz bu tarixi səhvi buraxdıq və acısını çəkməkdəyik. Bu erməni vəhşiliyinin qarşısını ala bilmədiyimizə görə böyük utanc hissi keçirirəm. Bu törədilən faciə, bu edilən qətliam, bu bənzərsiz qırğın nə yəhudilərin inamla tələb etdikləri soyqırımdan, nə Əlcəzairlilərin fransızlar tərəfindən kütləvi qətliamından, nə də ki, Amerika, Avstraliya, Afrika qitələrində Avropalılar tərəfindən törədilən əsl soyqırımlardan heç də geri qalmadı. Hətta bir çox qeyri-insani dərəcələrinə görə onları geri də qoydu. Hər şeydən əvvəl bu soyqırım XX-əsrin sonunda hamının,bütün dünyanın gözü qarşısında baş verdi. Cəmi iyirmi il bundan öncə...Bu soyqırım unutqan Azərbaycan xalqı üçün bir istinadgah, bir qanlı yaddaş simvoluna çevrildi. İstər qanlı 20-yanvar,istər 31 mart, istərsədə qanlı Xocalı qətliamı bütün bəşəriyyətə qarşı olan bir cinayət olsada, bəşəriyyət buna məhəl qoymadı və bundan sonra da ədalətli məhəl qoyacağı inandırıcı deyil. O vaxta kimi məhəl qoymayacaq ki, millət olaraq bu faciənin tarixi köklərini dərk edəcək bu yolda hamılıqla fəaliyyət göstərəcəyik.
Ümumiyyətlə milli mübarizəsini ortaya qoyan xalqın şəhidlik məktəbinə böyük ehtiyacı vardır. Xalqın ruhu onun şanlı tarixi keçmişinə və şəhidlik məktəbinə bağlıdır. Xalqın mövcudluğu keçdiyi döyüş məktəbinin qurbanları və qazandıqlarından asılıdır. Türkiyə xalqı Çanaqqala şəhidləri ilə öyünür, müasir İran xalqı İmam Hüseyin şəhidliyinə qibtə edir, biz isə müstəqilliyimizi 20 yanvar şəhidləri ilə başladıq, Qarabağda rusların dəstək verdiyi quldur ermənilərlə qeyri-bərabər savaşda çoxlu sayda şəhidlər verdik və nəhayət Xocalı adlı böyük faciə yaşadıq. Qarşımızda torpaqlarımızı geri almaq kimi şərəfli vəzifə durmaqdadır. Öhdəsindən gələcəyik yoxsa yox bunu zaman göstərəcək. Amma itirdiyimiz qəbirləri, itirdiyimiz qardaş və bacılarımızı, tökülən qanlarımızı düşünməli torpaq uğrunda mübarizədə birləşməliyik. Necə ki, 20- yanvar günü birləşdik, özümüzü dərk etdik, qanımız bahasına da olsa birləşib sözümüzü deməkdən qorxmadıq və nəhayət milli mübarizəmizi ortaya qoyduq.
Mən bir vətəndaş olaraq şənliklərin, bayramların yüksək əhval ruhiyyədə, təntənəli şəkildə keçirilməsinin tərəfdarıyam. Amma nədənsə bir çox vətəndaşlarımız elə hesab edirlər ki, insan dünyaya yalnız əylənmək üçün gəlmişdir. Çünki belə qəmli günlərdə bəzi insanların həyat tərzlərində ciddilik, milli qürur əvəzinə təkəbbür, yalan və yersiz əyləncə görürəm. Bir Azərbaycan insanının,bir müsəlmanın qəm, kədər əlaməti saxlaması vacib hesab edilən belə günlərdə bəzi sapıq təfəkkürlülər özlərini bəyənilməyən, haram buyurulan dedi-qodudan, içkidən, qumardan, yalan danışmaqdan və s. pis əməllərdən gözləmirlər. Xeyir və Şərin hərəsinin öz yerinin olduğunu hamılıqla dərk etməliyik. İlboyu yas tutsaq bu bizə bədbəxtlik gətirər, ilboyu əylənsəkdə ruhumuz boşalar nəticədə tez məhv olarıq. Əlamətdar tarixi günlərimizdə, milli və dini bayramlarda şən,sevincli gülərüz milli və dini faciələrimizdə isə nə qədər xoşagəlməz səslənsədə kədərli görünməliyik. Bəzilərinin məsuliyyətsiz yanaşdıqları, əməl etmədikləri və əməl etmələri son dərəcə əhəmiyyətli olan bu həyat tərzi bir millətin ayağda durması üçün aydın hədəflərdir. Bunu hamılıqla dərk etməliyik. Çünki daxili intizam dəyərlərimizi yalnız belə qoruyub saxlaya bilərik. Bayram şənlikləri əhvalımızı yüksəldər, adətlərimizi qoruyar, insanlarımızı bir-birilərinə sevdirər. Faciəvi xarakter daşıyan günlərimiz isə bizlərə keçmişi, olanları xatırladar, xalqımıza psixoloji olaraq intiqam hissini aşılayar və yaxşını pisdən seçmək ruhunda tərbiyə edər. Ən əsası isə torpaq, vətən uğrunda öldürmək və yeri gələrsə ölmək duyğusunu, şəhid olmaq hissini aşılayar. Yalnız və yalnız hər iki anlayışa eyni dərəcədə ehtiram göstərmək və son dərəcə bağlı olmaq ruhumuzu xilas edə bilər.Bir şeyi yadda saxlamaq lazımdır ki, kütlədə vahiliyin olması ictimai dəyərlərin mövcudluğundan,ictimai həmrəylikdən və ona əməl etməkdən asılıdır. Əgər kütlə daxili intizam dəyərlərini pozmağa meyillidirsə onu parçalamaq və tabe etdirmək çox asandır. Yox əgər kütlə ictimai əxlaqi dəyərlərini pozanlara, qan yaddaşına hörmətsiz yanaşanlara qarşı dözümsüzdürsə bu amil onu istənilən yad ünsürə qarşı mübarizəyə sövq edəcəkdir. Xalqın yaddaşı mütləq olaraq acılı və şirinli olmalıdır. Bu olmasa təmas pozular, nizamsızlıq baş alıb gedər. Onsuzda son vaxtlar bu təması bəzi telekanallar və radiolar çoxdan pozmuşdur. Kiçik əxlaqi və hərbi verilişlər istisna olmaqla şoular, piratçılığı, quldurluğu təbliğ edən filmlər, yüngül xarakterli verilişlər ictimai şüura öz mənfi təsirini göstərməkdədir. Amma bütün bunları nizamlamaq üçün hər bir dəyəri olduğu kimi ona laiq şəkildə təbliğ etmək xalqa çatdırmaq lazımdır. Bu gün böyük məlumat yükünün əsasən kütləvi informasiya vasitələrinin üzərinə düşməsi onları daha çox düşündürməlidir.
Telekanallar şəhidlərimizlə bağlı verilişlər, tanıtım üçün qısa metrajlı filmlər, xüsusi proqramlar hazırlamalıdırlar ki, əhali olaraq hər bir fərd öz qəhrəmanlarını, şəhidlərini tanısınlar. Qəribə tendensiya əmələ gəmişdir, xalq öz qəhrəmanlarını,şəhidlərini yaxşı tanımır amma istedadı olmayan müğənnisin və ya aktyorun tanıyır. Təbii ki, günahı xalqda yox onu bu yola vadar eliyənlərdə görürəm. Telekanallardan savayı, ictimai təşkilatlar da bu sahədə öz faəllıqlarını nümayiş etdirməlidirlər. Qəhramanlıq nümunəsi göstərmiş mərhumlarımız xatirinə yığıncaqlar, toplantılar, təşkil edilməli şəhid ailələri ilə görüşlər keçirməli və torpaq uğrunda canlarından keçənlər mütəmadi olaraq yad edilməlidirlər. Bu tək 20-yanvarda,26 fevralda,31 martda, 28 mayda yəni əlamətdar günlərdə deyil ilin bütün günlərinin müəyyən saatlarında teleməkanda,insanların iş prinsiplərində öz əksini tapmalıdır. Vətənpərvərlik və bunun təbliği hər zaman və hər yerdə aparılmalı, millət öz düşmənlərinə nifrət və özünəməxsus dəyərlərini qorumaq ruhunda tərbiyə edilməlidir.
Beləliklə şəhidlik fəlsəfəsindən başladım və yenə şəhidliyə qayıdıram. Əziz oxucu! Bu yazını sadəcə dəyərlərimizə ciddi surətdə bağlı olmağın faydasını sizlərə göstərmək üçün yazdım. Ola bilər ki, hər birimiz qəhrəman ola bilmərik. Amma hər birimiz , şəhid olmağa hər an hazır olmalıyıq. Çünki itirdiklərimizi geri qaytarmaq, səhvlərimizdən nəticə çıxarmaq və ən əsası məğrur xalq kimi fərqlənmək üçün bizə məxsus olan hər şeyə xüsusilə tökülən qanlara, şəhidlik ruhuna ehtiramımız, şəhidlik fəlsəfəsinə ehtiyacımız olmalıdır.

Bu xəbər oxucular tərəfindən 1811 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |