Şrift:
TARİXDƏ BU GÜN
22.07.2016 [11:10] - Gündəm, Bildiriş
1953-cü il. Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq Artisti Telman Adıgözəlovun doğum günü (1953-2010). 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan “Dəli yığıncağı”nda Zəncirvuran, “Xurşidbanu Natəvan”da Daşdəmir, “Mahnı dağlarda qaldı”da Rəhman, “Maqbet”də Flins, “Közərən ocaqlar”da Xanəhməd, “İblis”də Şeypurçu, “Vaqif”də Təlxək, “Nişanlı qız”da Çeşməkli kişi, “Qədr gecəsi”ndə Oyunbaz, “Ah Paris…Paris!..”də Əhməd, “Mənim sevimli dəlim”də Professor, “Hələ “sevirəm” deməmişdilər”də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollarda da oynayıb. T.Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed