Şrift:
Yaponiyada bıçaqla silahlanmış naməlum şəxs 19 nəfəri qətlə yetirib
26.07.2016 [10:04] - Gündəm, Hadisə
Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

Bu barədə RİA Novosti xəbər verir.

Cinayəti törədən 26 yaşlı şəxs olub. Hadisədən yarım saat sonra o özü polisə gələrək təslim olub.

O bildirib ki, əvvəllər həmin internatda çalışıb.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed