28.02.2012 [11:16] - Hərb
Azərbaycan hərbiçiləri alınan silahların köməyi ilə hərbi tapşırıqları yerinə yetirə, neft və qaz boru kəmərlərinə nəzarət edə bilərlər
Davam.az İsrail mətbuatına istinadən xəbər verir ki, Azərbaycan pilotsuz hava və raket əleyhinə müdafiə vasitələrinin alınması üçün İsraillə razılıq əldə edib. Xarici media orqanları bu barədə xəbər yayıb. Associated Press-in məlumatına görə, bu vasitələrin alınması üçün məbləğ 1,6 milyard dollar təşkil edir.
“The Jerusalem Post”un əsaslandırmasına görə, Azərbaycanın silah təchizatı ilə İsrailin dövlət Aerospace Industries (IAI) şirkəti məşğul olacaq. Müqavilə şərtləri isə dəqiqləşdirilməyib.
Xəbər agentliklərində hələ 2011-ci ilin aprelində IAI -nın Azərbaycana pilotsuz Herin və Searcher Mk.2 satılması planları barədə bildirilib.
Flightglobalun ehtimalına görə, Azərbaycan hərbiçiləri alınan silahların köməyi ilə hərbi tapşırıqları yerinə yetirə, neft və qaz boru kəmərlərinə nəzarət edə bilərlər.
Aerostar IHA və Orbiter-in istehsalsalına 2011-ci ilin martından Azərbaycan Müdafiə Nazirliyi və İsrailin Aeronautics Defense Systems şirkəti ilə birgə başlanıb. Qeyd olunur ki, Azərbaycanda lisenziyalı pilotsuz hava vasitələrinin istehsalı gələcəkdə genişləndirilə bilər.
Bəzi mətbuat orqanlar Azərbaycanın İsraildən hərbi qüvvələr alınmasını yanvarda İranın nüvə aliminin qətlində Bakının ittiham olunması və iki qonşu dövlət arasında münasibətlərin pisləşməsi ilə əlaqələndirirlər. “Azərbaycan isə İranın itihamlarını qəti sürətdə rədd edir” – deyə xarici informasiya agentliklərində bildirilir.

Bu xəbər oxucular tərəfindən 2045 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |