Şrift:
Bakı Dəmiryol Vağzalında yenilik
28.02.2012 [11:18] - Gündəm
Martın 1-dən Bakı Dəmiryol Vağzalında gediş haqlarının pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, nağdsız ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb, bilet kassalarında Pos-terminallar quraşdırılıb, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Məlumata görə, martın 1-dən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq ediləcək.
Fevralın 28-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamenti və "Azərikard" MMC-nin mütəxəssisləri Bakı sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimləri keçirəcək.
Bütün bunlar sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bazar ertəsi Trend-ə bildirib ki, ilin sonuna kimi digər dəmiryol stansiyalarında Pos-terminallar quraşdırılacaq.
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed