Şrift:
İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun daha iki üzvü yaralanıb
27.07.2016 [10:11] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevanda polis binasını ələ keçirmiş silahlı qrupun daha iki üzvü yaralanıb. Onlar hələ də binada qalmaqdadırlar.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Danışıqlar davam etdirilir, polis əməkdaşları yaralılara tibbi yardımın göstərilməsini təklif edirlər, lakin silahlılar bu təklifi rədd edirlər”, - deyə Aqaronyan bildirib.

Aqaronyan həmçinin xatırladıb ki, iyulun 17-də güllə yarası almış silahlılardan biri hələ də binada qalmaqdadır: “Polis əməkdaşları dəfələrlə ona tibbi yardımın göstərilməsini təklif edib, lakin qrup üzvləri bu təklifi qəbul etməkdən imtina ediblər”, - deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.

Təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed