Şrift:
Asim Vəliyev: “Taksim mitinqi Türkiyədə “hamımız erməniyik” deyənlərə əla cavab oldu”
28.02.2012 [12:09] - Gənclik
Müsahibimiz, hazırda istanbulda olan ”Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyevdir.

- Asim bəy, Taksimdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən mitinq haqda nə deyə bilərsiniz?

- Onu qeyd edə bilərəm ki, fevralın 26-da İstanbulun Taksim meydanında izdihamlı Xocalı mitinqi keçirildi. Mitinqin başlama yeri Qalatasaray lisesinin önü idi. "Hamımız Xocalılıyıq", ‘Erməni yalanlarına səssız qalma’ ‘Qarabağ erməniyə məzar olacaq’ və sair şüarlarla insanlar mitinqin keçirildiyi meydana doğru sel kimi axışırdı. Türkiyənin, demək olar bütün siyasi kəsimləri, müxtəlif ideologiyaya sahib insanları hamısı birlikdə bir məqsəd üçün bir araya gəlmişdi. Əsl, milli birlik mövcud idi.
Türkiyəli qardaşlarımızla yanaşı bir çox QHT (Qeyri-Hökümət Təşkilatları) nümayəndələrimiz, Türkiyədə təhsil alan tələbələrimiz, iş adamlarımız mitinqdə çox yüksək səviyyədə iştirak edirdi. Meydanda Azərbaycan və Türkiyə ilə yanaşı digər Türk dövlətlərinin də bayraqları dalğalanırdı.
Xocalıda şəhid olan soydaşlarımızın ruhu şad olsun! Biz bu vəhşiliyi unutmadıq, unutmayacağıq və unutdurmayacağıq. Ən qısa zamanda qısasımızı alacağıq...

-Ölkə mətbuatının bu məsələyə diqqəti necə idi?

- Ölkənin bir çox kütləvi informasiya vasitələri orda idi və mitinqin gedişatını addım-addım izləyirdi. Düşünürəm ki, mitinq uzun müddət türk mətbuatının gündəmindən düşməyəcək. Yüksək səviyyədə mətbuat mitinqləri xəbər olaraq yayımlayırdı.
Həmçinin, Taksim mitinqi Türkiyədə “hamımız erməniyik” deyənlərə əla cavab oldu. Bu tədbir türk millətini gücünü ortaya qoydu və hesab edirəm ki, bundan sonra dünya ictimaiyyətində Xocalı soyqırımı haqqında məlumatlar artmağa başlayacaq.

Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed