27.07.2016 [15:48] - Gündəm, Bildiriş
Gəldik, getdik dünya nə fayda gördü?
Ömrümüzün kökü harda göyərdi?
Fələyin oduna yanan canlardan
Çıxan tüstülərdən kim xəbər verdi?
Ömər Xəyyam
Amansız ölüm gözəl ziyalı, böyük ədəbiyyat adamı, unudulmaz müəllim Nəbi Zeynalovu sıralarımızdan apardı. Nəbi müəllim yaşadığı zaman illərində ömrünün yarıdan çoxunu müəllimlik peşəsinə-pedaqoji fəaliyyətə həsr etmişdi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndi orta məktəbində ədəbiyyat və ana dili fənnlərini tədris edərək gənc nəslin formlaşmasında və təhsilə maraqlarının artmasında böyük xidmətləri olmuşdur. Gənc yaşlarından öz doğma Tivi kəndinə çəkilərək, dünyasını dəyişəcəyi günə qədər öz müəllimlik missiyasını şərəflə yerinə yetirərək özündən sonra böyük bir ədəbiyyat məktəbi formalaşdırmışdr.
Təmənnasız olaraq öz biliyini, savadını, özündən sonra gələnlərə bir çıraq kimi tutmuşdur. Onun arzuları hələ çox idi, amansız ölüm, vaxtsız əcəl onun arzularını yarıda qoydu. Nəbi Zeynalov yaşının müdriklik sərhədlərinə təzəcə yaxınlaşmaqda idi, amansız əcəl buna imkan vermədi ki, bu böyük insan hələ də tüknməyən müdriklik kəlamlarını öz davamçılarına çatdırsın. O müdriklik sərhədlərinə yaxınlaşmaqdaykən vaxtsız əcəl onu sıralarımızdan bir göz qırpımında apardı...
Həyatın və Dünyanın fəlsəfəsi budur: gələn getməlidir, dünyaya gəlmək getmək üçündür. Fəqət bu bir dünya pəncərəsidir ki, “hər gələn baxar” gedər. Hərə öz taleyini, öz rolunu oynamağa gəlir yer üzünə. Sonda ulu yaradana dönüb qayıdırsan, sanki elə bil ulu yaradan bütün insanları yer üzünə imtahan verməyə göndərir və sonda ləyaqətlə cavab verənləri öz ulu dərgahna çəkib aparır Nəbi Zeynalov kimi.
Nəbi Zeynalov müqəddəs Ramazan bayramı günü dünyasını dəyişdi. Bəli, adamlar burada da bir ilahi mistika var. Belə bir müqəddəs gündə Tanrıya, Ulu Yaradana qovuşmaq, Tanrı dərgahına yüksəlmək əlbəttə hər insana nəsib olmur.
İndi Nəbi müəllimin əziz ruhu öz doğma kəndinin, torpağının üzərindədir – “Anabat”dakı qədim bir məscidin – Allah evinin üzərində dolaşmaqdadı. Nəbi müəllim bizim hələ dərk edə bilmədiyimiz bir aləmdə, öz yaxınlarının, əzizlərinin əhatəsindədir, atasının, anasının, qardaşlarının yanındadır. Bu uzun bir ayrılıqdan sonraəbədi bir görüşdür, müqəddəs bir görüş...
Mən inamla deyə bilərəm ki, bundan sonra da Nəbi müəllimin əziz xatirəsi onu sevənlərin, tələblərinin, yaxınlarının, qohumlarının qəlbində daim yaşayacaqdır. Ölüm Allaha məxsus bir açılmayan sirr olduğu üçün biz yalnız Ulu Tanrıdan ona rəhmət diləyirik, qoy Allah onun o dünyasını versin, yeri behişt olsun, qalanlara isə səbr versin, şair demişkən – “Biz ölməyə doğuluruq, torpağın, daşın sağ olsun” – Nəbi müəllim!..

Vəli Səmədli
AJB-nin üzvü
AJB-nin üzvü
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |