30.07.2016 [00:23] - Gündəm, Afişa
Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 17-də yeni mövsümü Xalq Artisti Bəxtiyar Xanızadənin “Adajio” tamaşası ilə açacaq.
Bu barədə məlumat teatrın rəsmi saytında yer alıb.
“Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır. “Adajio” poetik düşüncəsi bir şəhər parkında vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində öz düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələrini edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslər ilə müşayiət edilir. Adajio tempində qurulan tamaşanın finalı alleqro ruhunda vüsalla əlamətdardır.

Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |