Şrift:
Çinin cənubunda 5,4 bal gücündə zəlzələ baş verib
01.08.2016 [00:40] - Gündəm, Hadisə
Çinin cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Honkonq Meteoroloji Rəsədxanası məlumat verib.

TASS Agentliyi bildirir ki, yeraltı təkanların episentri Quançjou şəhərindən təxminən 200 kilometr şimal-qərbdə olub. Zəlzələ ocağının dərinliyi laylarında barədə məlumat verilmir.

Məlumatda qeyd edilir ki, iki qəsəbədə bir neçə evə xəsarət dəyib. Həlak olan yoxdur. Təhlükəsizlik üçün bir neçə qatarın hərəkəti dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed