Şrift:
Bakıda “Rəssamın əsəri həmkarının gözündə” adlı rəsm müsabiqəsinə start verilib
02.08.2016 [10:26] - Gündəm, Mədəniyyət
Bakı Xətai Sənət Mərkəzi “Rəssamın əsəri həmkarının gözündə” adlı respublika rəsm müsabiqəsi elan edir.

Sənət mərkəzinin “facebook”dakı səhifəsi xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Hollandiyanın rəssamlıq ləvazimatları istehsalçısı olan “Royal & Talens”in dəstəyi ilə reallaşacaq.

Müsabiqəyə fırça ustalarının son bir il ərzində işlədiyi sənət əsərləri qəbul olunacaq. Müsabiqə peşəkar rəssamlar arasında özünə tənqidi formalaşdırmaq məqsədilə təşkil olunur.

İlk turda seçim münsiflər tərəfindən aparılacaq. İkinci turda qalibi sərgilənən əsərlərin müəllifləri seçəcək.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed