Şrift:
"ELAT" GERÇƏYİ VƏ BAYRAQ MÜQƏDDƏSLİYİ
02.08.2016 [11:23] - Gündəm, Borçalı
" Burada bayrağı endirilən yerdə bayram etməyi özünə ar bilməyən bəzilərindən sormaq istəyirəm. Borçalı adının yasaq olunduğu, Türk bayrağının endirildiyi bir səhnəyə çıxarkən heçmi vicdan əzabı çəkmədiniz?"
"ELAT" GERÇƏYİ VƏ BAYRAQ MÜQƏDDƏSLİYİ

"ELAT" GERÇƏYİ VƏ BAYRAQ MÜQƏDDƏSLİYİ

İyulun 15-də Borçalı İctimai Cəmiyyətinin İH üzvləri Ramiz Həsənov, Sabir Aşurov, Osman Əhədoğlu və Elbəyi Cəlaloğlu ilə birlikdə Elat hazırlıqları üçün Gürcüstana yola düşdük. Faxralıda və Tiflidəki ziyarətlərimizdəm sonra Dmanisiyə gedib rayon rəhbərlyilə görüşdük.Orada bizə məlumat verildi ki, Elat bayramı yerinə bu il gürcülərin Dmanisioba bayramı keçiriləcək. Təbii ki, etiraz edərək bunun əhali tərəfindən birmənalı qarşılanmayacağını ifadə etdik.cavab olaraq bildirdilər ki, bu haqda yaxşı olar qubernatorla görüşün. Həmin gün qubernatorla görüşümüz təyin olunmuşdu. Dərhal Dmanisidən Rustaviyə doğru yol aldıq və axşamüstü qubernatorla görüşümüz baş tutdu. Xoşbəxtlikdən Dmanisi valisi də görüşdə iştirak edirdi. Kvemo Kartli quberniyası 8 rayonu əhatə edir. Qubernator Paata Xizanişvili də əslən Dmanisi rayonundandır. Hələ ötən il Elat Bayramına qatılarkən bizdə olduqca pozitiv bir təəsürat yaratmışdı. Bu görüşdə də eyni təbəssüm və pozitivlik sərgilədi. Bizi dinlədi və Dmanisi valisinin bayramın Dmanisioba adlandırılmasında israrlı olmasına rəğmən bizimlə ortaq kompromis varianta gəlməklə bir daha xoşməramlılıq sərgilədi. Alınan qərar isə bu idi - Bayramın adı -Dmanisi Elat Dostluq və Mədəniyyət Bayramı kimi təqdim olunsun. Əvvəlki illərdə olduğu kimi səhnə yenə də Gürcüstan-Azərbaycan -Türkiyə bayraqları ilə bəzədilsin və hər üç ölkənin himnləri də səsləndirilsin. Proqramın aparılması ilə bağlı qərara alındı ki, yerli hakimiyyət tərəfindən təyin okunan apatıcılarla yanaşı Osman Əhmədoğlu da bizim təmsilçimiz kimi səhnədə qərar tutsun.
Biz Borçalı Cəmiyyətinin 8-ci Elat Bayramı ilə bağlı proqramını və Borçalı İC -nin sədri Zəlimxan Məmmədlinin Elat müraciətini də hər iki dildə qubernatora təqdim etdik. Həm proqram, həm də müraciət qubernator tərəfindən müsbət qarşılandı. Görüş zamanı bu da məlum oldu ki, bizdən bir neçə gün əvvəl özlərini Borçalı Cəmiyyətinin nümayəndələri adlandlran bir qrup gənc (qubernator onları bir necə gənc adlandırmışdı) Əli Babayev adlı özünü Gürcüstan azərbaycanlıları Milli Konqresinin sədri adlandıran birisinin vasitəçiliyi və iştirakı qubernatorun yanında olmuş və Gürcüstan tərəfinin Elat Bayramı yerinə irali sürdüyü Dmanisioba bayramının keçirilməsini alqışlamışlar("soydaşlarımızın" bu şəkildə təslimçi mövqeyini eşidərkən hamımız utandıq ). Təbii ki, həmin gənclərin Borçalı Cəmiyyətinə dəxli olmadıqlarına aydınlıq gətirildi. Amma özünü türk övladı sayan belələrinin asanlıqla milli dəyərlərdən vaz keçmələrindən üzüldük. Qubernatorun yanında keçən görüş olduqca səmimi atmosferdə də sona çatdı.
İyulun 24-də biz Elat Bayramının keçirilməsi üçün bir daha Dmanisiyə doğru yol aldıq. Bazar günü olduğu üçün səhərisi gün ayın 25-də bayram hazırlıqları haqda rayon rəhbərliyilə görüşdük və görüşdə müşahidə etdiyimiz mənzərəyə, sərgilənən mövqeyə heyrət etdik. Dmanisi valisi Q.Barbakadze bayramın Dmanisioba olduğunu israrla qeyd edərək, səhnənin trafaretinin belə hazır olmasını bizə bildirdi. Vali hər hansı Elat Bayramından söz gedə bilməyəcəyini israrla bildirirdi. Hələ nümayəndə heyətimizin üzvü, hörmətli alimimiz Elxan Məmmədli eqoizmin hakim olduğu bu durumda əsəb gərginliyindən kəskin ürək ağrısı keçirərək Bakıya dönməli oldu. Orada apardığımız müzakirənin sonuca varmadığını görüb bir daha Rustaviyə gedərək qubernatorun qəbuluna düşməli olduq. Axşam saatlarında olduqca gərgin olmamıza rəğmən qubernator və müavinlərilə son dərəcə səmərəli müzakirəmiz oldu. Qubernator yaranan anlaşılmazlıqla bağlı Dmanisi valisi ilə danışıb həm səhnənin arxasında Elat yazılan trafaretin ( bizim hazır trafaretimiz var idi), həm də üç ölkənin bayrağının səhnənin üstündə yer alması məsələsini yoluna qoydu. Görüşdən dərhal sonra biz Dmanisi valisilə əlaqə saxladıq və o, sabah səhər mərasim məkanında bu prosedurun həyata keçirilməsi ilə bağlı söz verdi.
İyulun 26-da səhərin erkən saatlarında biz artıq Armudluda idik. Bir neçə saat səhnənin yanında gözlədikdən sonra saat 9 civarında qubernator və vali ilə anlaşdığımız kimi Azərbaycan, Gürcüstan və Türkiyə bayraqlarını səhnənin üstünə asdıq. Elat trafaretini asmaq üçün isə yerli hakimiyyət nümayəndələrinin gəlişini gözlədik. Dmanisi rəhbərliyinin gəlişi isə bizim üçün gözlənilməz reaksiya ilə sonuclandı. Türkiyə bayrağının dərhal endirilməsilə bağlı göstəriş verdilər. Bizim etirazımıza və əldə edilən anlaşmanı xatırlatmamıza baxmayaraq İxtiyarlarında olan avtokranla Al bayrağı taxıldığı yerdən götürdülər. Elatın trafaretinin isə səhnədə deyil kənarda bir yerdə vurulacağını bildirdilər. Biz qarşıdurma olmadan məsələnin sivil yolla həlli üçün əlimizdən gələni etdik. Amma yerli hakimiyyət nümayəndələrinin ambisiyaları tükənmirdi. Elat trafaretinin üstündə üç ölkənin bayraqları yazılan yerin qatlanaraq görünməmısi, Borçalı sözünün və "türk" sözünün silinməsi ya dəyişdirilməsi kimi şərtlər irali sürdülər. Bu artıq milli dəyərlırimizin aşkar aşağılanması idi. Belə olan şəraitdə Elat Bayramının banisi olan Borçalı İctimai Cəmiyyətinin Təşkilat Komitəsi olaraq Elat trafaretini götürüb mərasim məkanından kənara çəkildik. Elat deyib Armudlu yaylasına gələn yüzlərlə soydaşımızın gözü önündə baş verirdi bütün bunlar.. Təbii ki, onlar da səssiz qalmadılar. Bayrağına, adına, milli kimliyinə qarşı həqarət olan yerdə bayram əhval ruhiyyəsindən söhbət belə gedə bilməzdi. Elə həmin məkanda Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarını başımızın üstünə qaldırıb Təşkilat Komitəsi adından bu bayramın Elat Bayramı olmadığı haqda bəyanat səsləndirdik, gürcülərin Dmanisioba bayramına uğurlar dilədik, Elat ənənısinə uyğun olaraq Borçalı Yallısı gedərək Armudlu yaylasını tərk etdik. Beləcə hər ilin 26 iyulundə Armudlu yaylasında keçirilən Elat şənliyini Dmanisi rayon rəhbərliyi Dmanisioba ilə əvəz etdi. Bizim üçün isə bir məsələ müəmma olaraq qaldı. Dmanisi valisi subordinasiya qaydasında tabe olduğu qubernatorun göstərişini sonda qulaq ardına vurdu, yoxsa bu, əvvəlcədən hazırlanmış bir ssenari idi. Hər halda o ssenari baş tutmadı..
İndi toplumun düşüncəsində haqlı olaraq belə bir sual yarana bilər. Türkiyə və Azərbaycan bayraqlarının endirildiyi, Borçalı adının qadağan olunduğu bu mərasimdə iştirak etmək mümkün idimi? Təbii ki, istər Azərbaycandan, istərsə də Türkiyədən o mərasimdə çıxış edənlər də tapıldı. Hətta Dmanisioba bayramını Elat Bayramı kimi cəmiyyətə sırımağa çalışan bəzi simasını itirənlər də oldu. Milli dəyərləri ayaq altına atılan bir mərasimə qatılmanın vacib?! olmasını manşetinə çıxaran KİV də oldu. Mərasim zamanı bayrağı və milli kimliyi ağaşılanarlən süni zəfər pozası alaraq hakimiyyət yetkililərilə foto çəkdirənlər də..
Bizim davamız isə millidir. O davanın hədəfi Vətən, millət, bayraqdır. Milləti ve bayrağı aşağılanan durumla barışmaq isə bu davaya xəyanətdir. Kimler üçünse belə olmaya bilər. Amma bizim üçün Vətən, millet ve bayraq müqəddəsliyi bütün zamanlar üçün baqidir. Çünki bu prinsip, ideallar ve dəyərlərə söykenir, konyuktur mahiyyətli ola bilmez. Şəxsi mənfəətləri üçün bayrağından, milli haqlarından vaz keçənlərlə nəinki bir arada olmaram, onlarla mübarizeni özümün şərəf borcum bilirəm.
Burada bayrağı endirilən bir məkanda bayram etməyi özünə ar bilməyən bəzilərindən sormaq istəyirəm. Borçalı adının yasaq olunduğu, Türk bayrağının endirildiyi bir səhnəyə çıxarkən heçmi vicdan əzabı çəkmədiniz? Halbuki bu olayı Elat Bayramında iştirak etmək üçün Armudluya gələn TİKA Gürcüstan sorumlusu və Türkiyə diplomatı böyük üzüntü ilə müşahidə və etiraz edib nümayişkəranə şəkildə oradan uzaqlaşdılar.
Hələ üstündən neçə gün keçəndən sonra içinizdən bəziləriniz etdiyiniz ayıba kor olmaq yerinə mənsub olduğun dövlətin, millətin bayrağını uca tutanlara çamur atmaqdan belə utanmır və usanmırsınız. Bu azmış kimi yanlışınıza haqq qazandırmaq üçün iyulun 26-na qədər sizinlə bir qurumda olmasından qürur duyduğunuz bəndəyə "ajan" deməkdən belə çəkinmirsiniz. Gerçəkdən anlamırsınız ki, para, mənsəb, konyuktur maraqlardan ucalarda dayanan VƏTƏN , BAYRAQ VƏ Milli DƏYƏRLƏRİMİZ vardır?!

RÜFƏT MURADLI
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed