Şrift:
7 ayda 125 yaşayış məntəqəsi mavi qazla təmin edilib
03.08.2016 [10:02] - Gündəm, Sosial
Bu ilin 7 ayı ərzində Azərbaycanın 125 yaşayış məntəqəsi mavi qaz yanacağı ilə təmin edilib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev məlumat verib.

Onun sözlərinə görə, həmin məntəqələr "Azəriqaz" İB tərəfindən qazlaşdırılaraq mavi yanacaqla təmin olunub: "Hazırda bölgələrin qazlaşdırılması işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə də tərəfimizdən ardıcıllıqla mavi yanacağın verilməsi təmin ediləcək".
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed