Şrift:
Ermənilərin Azərbaycan səfirliyi qarşısında piketi yarımçıq qalıb
28.02.2012 [22:47] - Xəbərlər
Varşavada 28 fevral tarixində 20-25 nəfər erməni Sumqayıt hadisələri ilə bağlı piket keçirmək məqsədilə Ermənistan bayraqları və lozunqlarla Azərbaycanın Polşa Respublikasındakı səfirliyinin qarşısına gəliblər. Səfirlikdən veriləm məlumatda deyilir ki, gözləmədikləri halda onlar səfirliyin qarşısında olan hasar üzərindən asılmış Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalı soyqırımı ilə bağlı 50-yə yaxın fotoşəkil, azyaşlı uşaqların çəkdikləri rəsm və Xocalıda baş verənləri əks etdirən polyak dilində məlumat vərəqələrindən ibarət sərgi ilə rastlaşıblar. Həmçinin böyük hərflərlə Xocalı sözləri yazılmış 7 ədəd böyük həcmli plakat Səfirliyi əhatə edən hasar üzərində və səfirliyin binasının ikinci mərtəbəsində hərtərəfdən asılıb. Varşavada təhsil alan Azərbaycanlı tələbələr isə əllərində Azərbaycan bayraqları ilə səfirlik qarşısında dayanmışdılar.
Sözügedən şəkillər səfirliyin hasarı üzərində 27 fevral tarixindən etibarən sərgilənməkdədir və artıq 2 gündür davam edir. Səfirliyin yerləşdiyi Zvıçenztsuv və Krıniçna küçələrindən keçən yüzlərlə sadə polyak sözügedən şəkilləri görüblər. Habelə, küçədən keçən polyaklar səfirlik tərəfindən qoyulan stol üzərindən müvafiq təbliğat-təşviqat materialları – polyak dilində Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər kitabçası; səfirlik tərəfindən hazırlanan “Azərbaycan xalqının soyqırımı tarixindən” adlı 4 mövzu üzrə silsilə açıqcalar, ingilis dilində Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə, Heydər Əliyev Fondu tərəfindən hazırlanan“Dağlıq Qarabağ haqda həqiqi faktlar” silsiləsindən kitabçaları götürüblər.
Ermənilər məcburiyyət qarşısında qalıb Xocalı sözü qarşısında dayanaraq tədbirlərinə başlayblar. Ermənilər çəkiliş aparırdılar. Çəkilmiş videonu görməsək də, orada Xocalı sözləri və şəkillərinin düşdüyünü əminliklə söyləmək olar. Ermənilər petisiyanı oxumağa başladıqları zaman səfirliyin binasından ilk əvvəl replika şəklində ermənilərin iddia etdikləri “Sarı gəlin” və “Sən gəlməz oldun” musiqilərindən qısa parçalar səslənib. Daha sonra isə Mülslüm Maqomayevin gur səslə ifa etdiyi “Azərbaycan” mahnısının sədaları səfirlik binasının ətrafını əhatə edib. Belə vəziyyət qarşısında piket üçün toplaşmış ermənilərin rəhbəri asayişi təmin etmək və baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məsədilə piketçilərin yaxınlığında dayanan Polşa polisinə müraciət edərək musiqinin petisiyanı oxumağa imkan vermədiyini bildirdi və musiqini dayandırmağı tələb edib. Polis ermənilərin sözügedən istəyini yerinə yetirməkdən imtina edib.
Beləliklə, ermənilərin səfirlik qarşısında keçirdikləri piket Xocalı soyqırımını əks etdirən sərginin fonunda və Azərbaycan musiqilərinin sədaları altında yarımçıq qaldı.
Bu xəbər oxucular tərəfindən 1463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed