04.08.2016 [14:46] - Gündəm, İqtisadiyyat
Yaxın gələcəkdə respublikada iqtisadi və aqronomik baxımdan daha səmərəli sayılan lifsiz pambıq toxumlarından geniş istifadə olunacaq.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov müsahibəsində bildirib ki, pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin məşğulluğunun artırılmasında, yüngül sənayenin inkişafında və heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, növbəli əkin sistemində pambıq bitkisi taxıl, tərəvəz və bostan bitkiləri üçün əlverişli sələf sayılır.
Şöbə müdiri deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi növbəti illərdə bu sahələrə marağın daha da artmasına əlavə stimul verəcək. İyulun 1-nə olan məlumata görə, respublika üzrə 51,8 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 min hektar çoxdur. Cari ildə 100 min tondan artıq pambıq istehsalı gözlənilir.
“Pambıqçılığın dünya bazarında rəqabətqabiliyyətliliyinin təmin edilməsinin mühüm şərtlərindən biri də istehsalçıların daha keyfiyyətli toxumlarla təchiz olunmasıdır. Müasir dövrdə ənənəvi lifli pambıq toxumları ilə müqayisədə iqtisadi və aqronomik baxımdan daha səmərəli sayılan lifsiz toxumlardan geniş istifadə edilir. Ona görə də respublikada pambıq toxumunun lifsizləşdirilməsinin yaxın gələcəkdə təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə İ.Cümşüdov bildirib.
Qeyd edək ki, dövlət tərəfindən pambıq istehsalçılarına bir sıra güzəştlər və dəstək tədbirləri müəyyən olunub. Hər hektar pambıq sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə subsidiya verilir, güzəştli qiymətlərlə (70 faiz) mineral gübrələr və lizinq yolu ilə müasir texnika və avadanlıqlar satılır, yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işləri aparılır, pambıq toxumçuluğu dövlət tərəfindən dəstəklənir.

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |