Şrift:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi yekunlaşıb
05.08.2016 [09:59] - Gündəm, Bildiriş
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci- test imtahanı mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 22 iyul–3 avqust tarixlərində keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 779 nəfərin 27 814 nəfəri iştirak edib.

Artıq müsabiqənin üçüncü mərhələsinə–vakansiya seçimlərinə start verilib. Namizədlər 7 avqust saat 00:00-a kimi davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər.

Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırırıq ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir.

Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed