05.08.2016 [14:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Güc orqanlarımız hər cür təhlükəni önləyəcək potensiala sahibdir”
Məlum olduğu kimi, Azərbaycanın güc orqanlarında Fətullah Gülən təərfdarlarının olmasının mümkünlüyü ilə bağlı Türkiyə mediasında ciddi iddialar yer almaqdadır.
Maraqlıdır, bu iddiada reallıq payı varmı? Gülən tərəfdarlarının ölkənin güc orqanlarına sızması mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Azərbaycanın həm özü, həm də Türkiyə üçün təhlükə doğuran hallarla ciddi mübarizə apardığını, hüquq-mühafizə orqanlarının bu məsələdə daim böyük sayıqlıq və əzmkarlıq sərgilədiyini vurğuladı:
“Azərbaycanın hüquq-mühafizə orqanları hər zaman öz peşəkarlığı ilə diqqət çəkib. Onlar ölkə sərhəddindən nüvə komponnetlərinin keçirilməsinin, qrup halında terror hadisələrinin törədilməsinin qarşçısını alıb, ciddi profilaktiki işlər görüb. Bu baxımdan hüquq-mühafizə orqanlarında Fətullahçıların olma ehtimalı, bununla bağlı səslənən informasiyalar da, yəqin ki, güc orqanları tərəfindən nəzərə alınır və öyrənilir. Azərbaycana qarşı hər hansı təhdid varsa, bu təhdidin qarşısını alınır. Qardaş ölkə olan Türkiyə ilə bağlı da hər hansı təhdid varsa, o zaman bununla bağlı da müvafiq addımalar atılır. Lakin Azərbaycanda təhlükəli səviyyədə hər hansı bir örgütlənmə baş verə bilməz. Baş verərsə, ölkənin hüquq-mühafizə orqanları onun qarşısını almaq üçün kifayət qədər güc və imkana sahibdir. Azərbaycanın hüquq-mühafizə orqanlarına güvənməyə dəyər”.
Seymur Əliyev

Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |