07.10.2011 [12:07] - Gündəm
Nikola Sarkozi: “Hesab edirik ki, sülh əldə etmək üçün ortaq nöqtələr tapmaq mümkündür”
Fransa prezidenti Nikola Sarkozi Ermənistanla Azərbaycan arasında sülh əldə olunacağını ümid etdiyini bildirib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında N. Sarkozi deyib ki, yeganə çıxış yolu ATƏT-in Minsk Qrupu çərçivəsində tərəflər arasında danışıqların bərpa edilməsidir: “Biz hesab edirik ki, sülh əldə etmək üçün ortaq nöqtələr tapmaq mümkündür. Bu qərarı tərəflərin özlərinin qəbul etməsi vacibdir”.
N. Sarkozi Cənubi Qafqazın kifayət qədər qeyri-sabit bölgə olduğunu və sülhün bərqərar olmasının həm Ermənistanın, həm də Azərbaycanın inkişafı baxımından önəm daşıdığını vurğulayıb.
Qeyd: Foto “Panarmenian.net” saytından götürülüb.

Bu xəbər oxucular tərəfindən 1502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |