29.02.2012 [12:24] - Güney Azərbaycan xəbərləri
"Minsk Qrupu birmənalı şəkildə Ermənistanın tərəfini saxlayır"
Millət vəkili Fərəc Quliyevlə söhbətimiz ölkədəki siyasi-sosial durumun təməl amilləri və İran ətrafında yaranmış gərgin vəziyyət və bu vəziyyətin gələcəkdə doğura biləcəyi nəticələr baxımından Azərbaycanın bir dövlət kimi necə davranmalı olacağı barədədir.
-Fərəc bəy, deputat yoldaşlarınızla bərabər Ermənistan səfər etməyiniz mətbuatda geniş işıqlandırılıb. Səfər zamanı Ermənistan cəmiyyətini müşahidə etmək imkanınız oldumu?
-Səfərimiz məlum tədbir çərçivəsində baş tutduğundan Ermənistan cəmiyyəti ilə təmas imkanları tamamilə istisna olunmuşdu, buna görə də sualda nəzərdə tutduğunuz yöndə heç nə deyə bilməyəcəyəm.
-Ölkədəki hazırkı ictimai-siyasi durumu necə dəyərləndirərdiniz?
-Bu fikri dəfələrlə vurğulamışam və yenə də təkrar edirəm: nəzərə almaq lazımdır ki, Azərbaycanda son 25 ildəki ictimai-siyasi vəziyyət Dağlıq Qarabağ probleminin durumundan birbaşa asılı olub. Buna görə də vaxtilə təklif etdiyim ideyanın hələ də gündəlikdə qalması təəccüblü deyil. İdeyanın məğzin bundan ibarətdir ki, hazırda taleyüklü məsələ hesab etdiyimiz Dağlıq Qarabağ problemni həll edilənə qədər ölkədəki fəal siyasi və ictimai qüvvələr arasında memorandum imzalanmalıdır. Bu prosesdə həm iqtidar, həm müxalifət, həm də vətəndaş cəmiyyətini təmsil edən QHT-lər iştirak etməlidir.Memarandumda Qarabag probleminin həlli çərçivəsi ehtiva olunardı. Bu memorandumun üç mühüm məsələdə əhəmiyyəti olardı. Birinci məsələ bundan ibarətdir ki, müxalifət iqtidara qarşı apardığı mübarizədə Dağlıq Qarabağ kartından istifadə etməyəcəkdi. Hakimiyyət də bu zaman arxayınlıq əldə edib ölkənin bütün resurslarını həmin problemin həllinə yönəldəcək və davranışında sivil cəmiyyət yaratmaq cəhdlərini sərgiləyəcəkdi. Amma ən mühüm amil bu olacaqdı ki, xarici dairələrdən Azərbaycana qarşı təpgilərin qarşısı alınacaqdı. Yəni hakimiyyətə istənilən məsələ qarşısında geri çəkilmək barədə təzyiqlər olanda bu memorandum, bir növ, ildırımötürcü rolunu oynayacaqdı. Çox təəsüflər olsun ki, 10 ildir tərəfimizdən bu ideya ortalığa atılsa da, hələ də reallaşmayıb. Bu, baş tutsaydı, cəmiyyət və fərd problemi ön plana keçəcəkdi və müsbət yöndə həll olunacaqdı. İkinci faktor bundan ibarətdir ki, Azərbaycan iqtisadi baxımdan güclü potensiala malikdir. Yada salaq ki, Azərbaycan beynəlxalq maliyyə böhranından salamat çıxdı, amma hər halda büdcəmizin önəmli bir hissəsi hərbi xərclərə ayrılırsa, Dağlıq Qarabağa məsələsi olmasa, burada da avantajımız var. 1 milyon qaçqının işlə təminatı pis vəziyyətdədir və bunu parlamentdəki çıxışımda da qeyd etmişəm. Həm bu qədər insanımız faydalı iş əmsalını realizə edə bilmir,həm də ərazimizin 20%-i işgal altında oldugundan istehsal prqsesindən kənarda qalıb.Bu da Qarabağ məsələsinə bağlı itki sayilar.Üstəlik keçən il Azərbaycan 8 milyard manat civarında istehlak malları idxal edib. Amma ərazilərimiz işğal altında omasa idi, bu malların, demək olar, hamısını ölkədə istehsal etmək mümkün olardı.
Qarabağ məsələsi baxımından ölkəyə göstərilən siyasi təzyiqlər dostlarımızı və düşmənlərimizi təsnifat etməkdə də bizə mane olur. Azərbaycan geopolitik vəziyyətinə görə bir qapı rolunu oynayır və maraqlı,dünyanın qəlbi deyilən ərazidə yerləşib. Di gəl ki, Azərbaycan bu üstünlükdən istədiyi səviyyədə istifadə edə bilmir. Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan dövlətlər ilk anda "Azərtbaycan zəif olarsa, Qarabağ Ermənistana verilsin" prinsipi ilə hərəkət edirdi. İkinci prinsipləri bu idi ki, "Azərrbaycan güclü olarsa, Qarabağ Azərbaycana qaytarılsın". İndiki vəziyyətdə isə beynəlxalq təşkilatlar sanki hər iki variantdan geri çəkiliblər - "Anlaşıb problemi özünüz həll edin, bir nəticəyə gələ bilsəniz, bu anlaşmanı tanıyarıq". Birincisi, problemin həllini bu iki ölkənin öhdəsinə buraxırlarsa, vasitəçilərə nə ehtiyac qalır? İkincisi isə, təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyulur. Üçüncüsü, əgər çıxış yolu tapılmırsa, beynəlxalq qurumlar münaqişənin uzanmasını ,işğal faktının nəticələrini tanımış olur. Buna görə də mən İrəvandakı tədbirdə məsələ qalıdırdım ki, Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həlli ilə bağlə öz üzərinə bir təşəbbüs götürsün və bu istiqamətdə beynəlxalq bir konfrans təşkil etsin, bu konfransda regiondakı münaqişələrin həlli üçün "yol xəritəsi" hazırlansın və Cənubi Qafqazın gələcəyi ilə bağlı beynəlxalq birliyin təklifləri nəzərdən keçirilsin. Ermənistan prezidenti Sərkisyan narahat şəkildə "Yox, belə bir konfransa ehtiyac yoxdur. Orada məruzəçi kim olacaq, münaquişə tərəflərini kim bir araya gətirəcək?" deyib yenə də ATƏT-in Minsk Qrupunun ətəyindən tutdu: "Hazırda Minsk Qrupu var və bu bizi qane edir!"
Ermənistan prezidentinin Minsk Qrupunu açıq-aydın şəkildə müdafiə etməsi göstərirdi ki, mövcud durumda guya ki barışdırıcı missiyanı yerinə yetirən Minsk Qrupu birmənalı şəkildə Ermənistanın tərəfini saxlayır.
Yəni demək istəyirəm ki, Azərbaycanın xarici siyasəti, daxili siyasi və sosial durumu birbaşa Dağlıq Qarabağ problemi ilə əlaqəlidir. Əlbəttə, ölkədə digər subyektiv amillər də var və onlar aradan qaldırılmalıdır.
-Siz praktik siyasətlə məşğul olmaqla yanaşı həm də geopolitik analizləri maraq doğuran bir analitik kimi tanınıbsınız. Hazırda İranın ətrafında baş verən hadisələr Bütöv Azərbaycan ideyasının reallaşması baxımından nələr vəd edir?
-Söz açdığınız mövzu baxımından bizim iradəmizdən asılı olan və asılı olmayan məsələlər var. Bəzən böyük güclərin -Birləşmiş Ştatların, İsrailin, Avropa dövlətlərinin İran məsələsinə yanaşması fonunda ümumən Azərbaycan türklərinin uzun illər boyunca apardığı mübarizəyə kölgə salmağa çalışırlar. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın bölündüyü və birləşmək uğrunda mücadilə verdiyi 200 il ərzində həmin dövlətlər zaman-zaman İranla müxtəlif cür münasibətlərdə olublar. Məsələn, Amerika İranla 1978-ci ilə qədər çox yaxın idi. Yəni biz öz mübarizəmizdə kimsənin yanında deyilik. Müəyyən dövlətlər bizim yanımızdakı kimi görünə bilər. Bu gün həmin dövlətlərin İrana qarşı apardığı işlər tamam başqa bir maraqlar müstəvisindədir. Demirəm ki, bunlar pis maraqlardır. Məsələn, dünya birliyi tələb edir ki, İranda demokratiya üçün zəmin yaradılsın. Artıq onlar da İran imperiyasının dağılmasında maraqlıdırlar, amma biz bunu 200 ildir ki deyirik. Biz bunu milli maraqlarımız baxımından deyirdik və bu gün də deməkdəyik. Biz millət olaraq İranda dəfələrlə inqilab etmişik, yenə də edəcəyik. Amma mən "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı" ifadəsini qəbul etmirəm. Bu xalq vahid olduğu kimi onun milli azadlıq hərəkatı da vahiddir. Biz Azərbaycanın quzey hissəində müəyyən qədər nəticə əldə etmişik, güneydəki məsələ həll edilməmiş qalır və bu hərəkat davam etməkdədir. Güneydəki hərəkatımıza indiyə qədər şübhə ilə yanaşanlar da artıq etiraf etməyə məcbur olublar ki, bütün imperiyalar kimi İran imperiyası da çökməyə məhkumdur. Ona görə də İrann rejimi təkcə milli çoxluq olan Azərbaycan türklərinə qarşı deyil, oradakı bütün etnik azlıqlara, həmçinin bütün dünyaya qarşı durmaq məcburiyyətindədir. İranın nüvə silahı əldə etməklə bağlı çabaları və oradakı rejimin mahiyyəti dünyanın ona qarşı neqativ yanaşmasına gətirib çıxardıb. İran daha bitibdir və mən artıq İrana keçmiş kimi baxıram. Bu yaxınlarda İranınm sonunun şahidi olacağıq. Biz vaxtilə bu məsələlərə toxunanda bizə bir az utopistlər kimi baxırdılar. Lakin biz Bütöv Azərbaycan Məktəbinin məzunlarıyıq. Biz Güney Azərbaycanın haqqından danışanda Bütöv Azərbaycanın haqqından danışırdıq. Biz hesab edirik ki, Azərbaycanın Güneyi, Borçalısı, Dərbəndi daxil olmaqla vahid bir dövlət qurulanda yamaq problemlər də - Dağlıq Qarabağ məsələsi və s.köklü şəkildə həll olunacaq. Azərbaycanı bölənlər bu ölkənin güclü olmasında maraqlı deyillər. Ona görə də 20 il öncə Milli Məclisdə Azərbaycan Respublikasının istiqlal bəyannaməsi qəbul ediləndə təklif etmişdim ki, bu ölkə "Şimali Azərbaycan Respublikası" adlandırılsın,dünya Azərbaycanın cənubu haqda düşünsün.Bax bu gün bunun nə qədər əhəmiyyətli olduğu görünür.Amma o zaman bu bikrə qeyri-adekvat reaksiya oldu.
Keçən ilin fevral ayında isə parlamentdə məsələ qalıdırdım ki, Türkmənçay müqaviləsinin qüvvədən düşdüyü tanınsın, amma buna əhəmiyyət verilmədi. Gördüyünüz kimi, bu gün artıq İranın özü partlayışı qabaqlamaq üçün bu məsələni bir az fərqli şəkildə gündəliyə çıxardıb. Bizimkilər ehtiyat etdilər, amma mən məsələ qalıdrdım ki, İran adında dövlət olmayıb. 1923-ci ildə Rza şahın qiyamılndan sonra faslar bu ölkədə iş başına gəliblər. Bu vaxta qədər İranda Qacarlar dövləti olub. Yəni tarixən İran adlanan ərazidə Azərbaycan Qacar dövləti olub. Hesab edirəm ki, biz Türkmənçay müqaviləsinin qüvvədən düşməsinin üstünə getməliyik. Amma bunnla belə biz bu müqaviləni qüvvədən salmırıq, o artıq qüvvədən düşüb. Ona görə ki, bir vaxtlar sovetlərin tərkibində olmuş Azərbaycanmın ərazisində indi müstəqil dövlət qurulub. Həm də bu dövlətin ərazilərini işgal edənlər beynəlxlaq birliyin üzvü kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini rəsmən tanıyıblar. Üstəlik,1978-ci ilin konvensiyasına görə, öz istiqlalını əldə etmiş dövlətlər əvvəllər onu işğal aaltında saxlamış dövlətlərin beynəlxalq təəhhüdlərinə və öhdəliklərinə əməl etmirlər və bu aktları tanımırlar. Bütün bunlar reallıqdır və həm də bunun başqa bir əhəmiyyəti ondan ibarətdir ki, 1813-cü ilin Gülüstan müqaviləsi bağlananda Naxçıvan və İrəvan xanlığı Rusiyanın tabeliyinə keçməmişdi. Bu, Türkmənçay müqaviləsi bağlanandan sonra baş tutdu. Bunları ortalığa çıxarandan sonra artıq İrəvan xanlığı, yəni tarixi ərazilərimizdə yaradılmış indiki Ermənistan dövləti barədə məsələ gündəmə çıxacaq.Futbol termini ilə desək,biz topu rəqib meydanına atma imkanı qazanacağıq.
Niyə mən bu məsələlərə belə geniş şəkildə toxunuram? Çünki Vahid Azərbaycan uzaq gələcəyin qeyri-müəyyən parıltısı deyil, müasir siyasi yeni şəkilləndirmədə real faktordur. Bölgədə baş verəcək hər hansı bir fars-major vəziyyət üçün hüquqi bazamızı indidən hazır etməliyik.
Unikal qəzetinə müsahibə. Söhbətləşdi: Savalan

Bu xəbər oxucular tərəfindən 2029 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |