Şrift:
Azərbaycan tarixçilərdən qondarma soyqırım məsələsinə konkret mövqe
29.02.2012 [13:11] - Güney Azərbaycan xəbərləri
MDHP Gənclər Təşkilatı “100 İLİN YALANI, yoxsa 20 İLİN HƏQİQƏTİ”? adlı elmi-praktik konfrans keçirəcək


1 mart saat 14-00-da keçiriləcək tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu başda olmaqla mövzu üzrə bütün mütəxəssilər, həmçinin Bakı Dövlət Universiteti Tarix fakültəsinin alimləri iştirak edəcək. Bundan başqa Millət Vəkilləri, tanınmış ictimai xadimlər və gənclərin qatılacağı tədbirdə erməni yalanlarına tarixi-elmi baxımdan qiymət veriləcək. Tədbirin sonunda Azərbaycan tarixçiləri adından dünya ictimaiyyətinə yönəlik bəyanat qəbul olunacaq.

Bu haqda Davam.az-a MDHP Gənclər Təşkiltının sədri Seymur Həsənli məlumat verib. “Unutmaq olmaz ki, tarixi məsələ ilə tarixçilər məşğul olar və qiyməti də tarixçilər verər. Buna görə də biz Azərbaycan tarixçilərinin yekdil mövqeyini ortaya qoymaq üçün belə bir konfransın keçirilməsini məqbul hesab etdik.”

İştirak edəcək tarixçilər

Azərbaycan Milli Elmlər Akademiyası


Yaqub Mahmudov – Tarix İnstitunun direktoru, t.e.d.professor
Cəbi Bəhrəmov – Tarix İnstitunun direktor müavini
Qasım Hacıyev – Qarabağ tarixi şöbəsinin direktoru, t.e.d
Alı Balayev - tarix üzrə fəlsəfə doktoru
Abuşov Vaqif – tarix üzrə fəlsəfə doktoru
İlqar Niftəliyev - tarix üzrə fəlsəfə doktoru
Hacı Həsənov - tarix üzrə fəlsəfə doktoru
Nazim Məmmədov - tarix üzrə fəlsəfə doktoru
Xeyirbəy Qasımov - tarix üzrə fəlsəfə doktoru
Bəxtiyar Həsənov – elmi işçi
Ədalət Mustafayev – elmi işçi
Mirzə Ənsərli – Şərqşünaslıq İnstitunun əməkdaşı
Dilavər Əzimli – Tarix institunun dosenti
Babək Abışov – Fiziologiya institutu,
Məmməd Nəcəfzadə - Dilçilik İnstitunun tədqiqatçısı

Bakı Dövlət Universiteti

Sani Hacıyev – BDU-nun prorektoru, professor
Anar İsgəndərov – Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, professor
Atamoğlan Məmmədli – dosent
Boran Əziz – dosent
Natiq Məmmədli – dosent

Bundan başqa Millət Vəkilləri, tanınmış tədqiqatçıların qatılacağı tədbirə hər kəsi dəvət edirik.

Ünvan: Atatürk Mərkəzi (Tərlan Əliyarbəyov küç. 5, Azərbaycan Kinoteatrının və Natavan heykəlinin yaxınlığı)

Əlaqə: (+994) 12 567 43 95; (+994) 50 562 89 81
Bu xəbər oxucular tərəfindən 1415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed