Şrift:
Əhmədinəjaddan şok açıqlama:Xamneyinin oğlu ölkənin 1.600.000.000 Avro pulunu mənimsəyib
29.02.2012 [14:02] - Gündəm
İranın xəbər mənbələrindən olan “Cərəs” in yaydığı məlumata əsasən son günlərdə İranın təhlükəsizlik naziri Heydər Moslehi,Ədliyə nazirinin müvini İbrahim Rəisi və ölkənin nəzarət və təftiş komisiyasının sədri Mustafa Purməhəmmədi İran Prezidenti Mahmud Əhmədinəjadla görüş keçirib.Görüş zamanı onlar Əhmədinəjada bildiriblər ki,onun katibi və müavini olan Rəhim Məşayinin ölkə büdcəsindən 3 milyard dollara yaxın pulu mənimsədiyi haqda onlarda kifayət qədər faktlar olduğunu bildiriblər və Rəhim Məşaini həbs edilməsinə razılıq verməsini Əhmədinəjaddan tələb ediblər.
Mahmud Əhmədinəjad onlara bildirib ki mən razıyam amma bir şərtim var əgər ölkədə bütün dövlət pullarını mənimsəyən adamlarıda həbs edəcəksiniz onda Məşayinin həbsinə etiraz etmərəm mənimdə əlimdə kifayət qədər faktlar var ki Ayəıtullah Xameneyinin oğlu seyid Müctəba Xameneyi ölkənin xəzinəsində 1.600.000.000 Avro mənimsəyib əgər siz hər iki şəxsin eyni vaxta həbs edərək istintaqa cəlb etməyə söz versəniz mən sizinlə razılaşaram.
Xatırladaq ki,İranda birinci dəfədir ki,ölkənin dini lideri və ali baş komandanın öğlu pul oğruluğunda itiham olunur.
Bu xəbər oxucular tərəfindən 1496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed