09.08.2016 [15:49] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Möhtəşəm “Demokratiya və Şəhidlər mitinqi”ndə Ərdoğanla yanaşı Kılıcdaroğlu, Bağçalı da çıxış etdilər
Türkiyədə son illərin görünməmiş hadisəsi baş verdi. Belə ki, ölkə iqtidarı və müxalifəti Türkiyənin İstanbul şəhərində - “Yenikapı”da iyulun 15-i hərbi çevrilişə cəhd zamanı həlak olanları anmaq və demokratiyaya dəstək vermək üçün mitinq keçirdilər.
Baş verən çevrilişə cəhdə etiraz olaraq 15 iyuldan meydanlardan, küçələrdən çəkilməyən Türkiyə xalqının qatıldığı mitinq böyük çoşğuyla yerli vaxtla saat 18:12-də başladı. “Yenikapı” meydanına 4 milyona yaxın insanın qatıldığı bildirildi. Mitinq başlamadan öncə prezident Rəcəb Tayyib Ərdoğan helikopterlə meydana gəlib, xalqın arasına girib, onlarla görüşüb.
Mitinqdə sayqı duruşundan və “İstiqlal marşı”-nın səsləndirilməsindən sonra “Quran” oxunub, şəhidlərin, qazilərin ruhlarına dualar edilib. Daha sonra isə çıxışlar başlayıb. İlk olaraq Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bağçalı, CHP sədri Kamal Kılıçdaroğlu, baş nazir Binali Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman, sonda isə prezident Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Keçirilən bu mitinq Azərbaycanda da böyük maraqla izlənildi. Eyni zamanda mitinqdə xeyli sayda Azərbaycan bayraqları da dalğalandırıldı. Azərbaycanda təkcə siyasi şəxslər deyil, şou biznes nümayəndələri də Türkiyədə keçirilən bu mitinqə maraq göstərib, dəstəklərini ifadə ediblər. Azərbaycanlı müğənni Röya Ayxanın mitinqə qatılmasını buna misal kimi qeyd etmək olar.
Məsələ ilə bağlı deputat Fərəc Quliyev “Yeni Müsavat”a danışıb. F. Quliyev söyləyib ki, hərbi çevrilişə cəhd zamanı Türkiyə Milliyyətçi Hərəkat Partiyasının başçısı Dövlət Bağçalının müraciətini dönüş nöqtəsi kimi dəyərləndirir: “Millətçi bir müxalifətin hər an dövlətçiliyi üstün tutması gözlənilən idi və sübut olundu ki, belə davranış ölkənin xilası üçün ordudan da əhəmiyyətlidir. Bütün bunlar kənardan Türkiyəni yıxmaq istəyənlərə bir cavab və ən güclü silahdır. Hesab edirəm ki, bütün dövlətlərin güvəndikləri yer xalq olmalıdır. Türkiyə də bu birliklə vəziyyətdən çıxa bilər. Bunu təkcə demokratiyanın qalibiyyəti deyil, həm də kənar güclərin Türkiyənin iradəsini zəbt etmələrinin qarşısını almaq hesab etmək olar. Demokratiya bunun yanında çox kiçik bir məsələdir. Hesab edirəm ki, milli iradənin qələbəsi, içəridəki xəyanətkarların qarşısının alınmasında böyük amil oldu. Ordunun özü belə millətə qarşı çıxdığı zamanda milli birlik ortaya qoyuldu. Arzu edirəm ki, bu, belə də davam etsin”.

Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |