Şrift:
İran və Azərbaycan elektrik enerjisi mübadiləsini artırıb
10.08.2016 [12:01] - Gündəm, İqtisadiyyat
İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 2,5 dəfə artıb. Bu barədə eksklüziv olaraq İranın energetika naziri Həmid Çitçiyan deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötücü xətləri istismara verilib: "Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata çatdırıb".

İranlı nazir həmçinin "Azərenerji" rəhbərliyi ilə elektrik enerjisi sahəsində əməkdaşlığın artırılması istiqamətində birgə işlər nəzərdə tutulduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed