Şrift:
Olimpiyada boksçumuz: Növbəti rəqibim üzərində artıq 2 dəfə qələbə qazanmışam
11.08.2016 [10:24] - Gündəm, İdman
“Üzərində qələbə qazandığım rəqim təcrübəqli idmançı idi, artıq üç dəfə Olimpiada yarışlarında iştirak etmişdi. Onun üzərində qələbə qazanmaq asan olmadı”. Bunu Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.

M.Məcidov komandanın yarışlara yaxşı hazırlaşdığını bildirib. O, komanda hesabı baxımından birinci yeri tutmağa ümid etdiyini də bildirib.

Növbəti rəqibinin Qazaxıstandan İvan Diçko olduğunu deyən M.Məcidov qeyd edib ki, o da təcrübəli idmançıdır: “Ancaq mən artıq onun üzərində 2 dəfə qələbə qazanmışam. İndi də onun üzərində qələbə qazanmalıyam”.


Azərbaycanlı boksçu Rio-da 1/8 finala çıxıb
M.Məcidov təşkilatçılıq işinin yaxşı olduğunu desə də, idmançıların yaşadıqları yerdə bir sıra nöqsanların olduğunu diqqətə çatdırıb: “Bəzi problemləri özümüz arada qaldırmışıq”.
İdmançımız öz azarkeşlərinə təşəkkürünü də bildirib: “Mən azarkeşlərimin dəstəyini hiss edirəm, onlar mənə yazırlar, birinci qələbəmə görə təbrik edirlər, uğurlar arzu edirlər. Mən əlimdən gələni edəcəm ki, azarkeşlərimi məyus etməyim və axıra qədər mübarizə aparım”.

M.Məcidov komandamızın ən azı 5 medal qazanacağına inandığını bildirib.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed