Şrift:
Bakıda uşaqların əl işlərindən ibarət sərgi açılıb
11.08.2016 [11:11] - Gündəm, Mədəniyyət
Bakı Xətai Sənət Mərkəzində 3-12 yaşlı uşaqların əl işlərindən ibarət “Mənim yay tətilim” adlı rəsm sərgisi açılıb.

Bakı Xətai Sənət Mərkəzinin “facebook”dakı səhifəsində bildirir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərgidə 120-dən çox uşağın müxtəlif mövzulu rəsm əsərləri sərgilənib.

Layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, balaca istedadlı rəssamların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

Ekspozisiya maraqla qarşılanıb.

Sonda balaca fırça ustaları diplomlarla təltif edilib.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed