Şrift:
"Putin bunu etsə, məsələ bitər" -Fərəc Quliyev
11.08.2016 [13:11] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Heç bir diplomat etdiklərini bəyan etməz. Rusiya Prezidenti Vladimir Putin də Dağlıq Qarabağ münaqişəsinə təsir göstərmək istəyən kənar güclərin küncə sıxışdırılmasını elan edə bilməz. Fakt odur ki, Ermənistan Rusiyanın forpostudur və onun diktəsi ilə oturub-durur.

Bu sözləri Tərəfdar.az-a Putinin "Rusiya Qarabağ nizamlanmasında digər vasitəçiləri kənarlaşdırmağa çalışmır" iddiasına münasibət bildirərkən millət vəkili Fərəc Quliyev söyləyib.

Deputatın sözlərinə görə, Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumaq və möhkəmləndirmək sitəyir:

"Ona görə də Moskva daha çox münaqişənin həll olunmamasına çalışır. Münaqişəni tənzimləmək istəyən hər bir faktoru kənara qoyur. Əslində məsələnin məğzi bundan ibarətdir. Ona görə də Rusiya digər vasitəçiləri mümkün qədər kənarda tutmağa çalışır. Putinin etiraf edib- etməməsi nəyisə dəyişmir. Bütün dünya işin nə yerdə olduğunu gözəl bilir. Azərbaycan aprel savaşında iki gün ərzində məsələni həll edə biləcəyini bəyan etdi. Buna gücümüz, iradəmiz də çatırdı. Əgər Rusiya özü məsələni yoluna qoymaq istəyirsə, həll etməlidir. Moskva status -kvonun saxlanılmasında maraqlıdır və status- kvonun dəyişilməsinə imkan vermir".

Putinin "biz münaqişənin həlli üçün Azərbaycan və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə çalışımırıq" iddiasına toxunan deputat qeyd edib ki, Putin bu açıqlaması ilə yanlış olaraq Bakı və İrəvanı bərabərləşdirir:

"Biz bərabər deyilik axı. Biz işğala mərz qalmışıq, Ermənistan isə təcavüzkardır. Görüntü olaraq vəziyyət belədir. Amma faktiki olaraq torpaqlarımızı Rusiya işğal edib. Hazırkı resept bundan ibarətdir ki, Rusiya ərazimizə buraxdığı və cənub hasarında saxladığı Ermənistanın zəncirindən geri çəkməlidir. Putin bunu etsə, məsələ bitər. Amma Moskva de-fakto vəziyyəti saxlamağa çalışır".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Qarabağ münaqişəsinin nizamlanmasında digər vasitəçiləri kənarlaşdırmağa çalışmır.. Bundan başqa, o, Azərbaycan və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə çalışmadıqlarını də diqqətə çatdırırb.

Tərəfdar.az
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed