Şrift:
Pakistan müsəlman ölkələrinin hərbi blokunun yaradılmasını təklif edir
29.02.2012 [17:34] - Gündəm
Artıq hazırkı şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması zərurəti yetişib. Bunu Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Cəmali çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Mir Can Cəmali qeyd edib ki, artıq bu məsələyə baxılmasının zamanı yetişib, bunun üçün potensial mövcuddur.
Onun sözlərinə görə, Qərb dünyası proseslərə ikili standartlarla yanaşır.
"Xristian dünyasında bir proses baş verəndə dərhal müdaxilə etməyə çalışırlar. Lakin müsəlman dünyasında - Qarabağ, Bosniya, Kəşmir və sair yerlərdə baş verənlərə müdaxilə etmirlər. Bununla bağlı BMT-nin qətnamələrini yerinə yetirməyə çalışmırlar. Türkiyə də daxil olmaqla, müsəlman ölkələri arasında hərbi və siyasi qüdrəti olan dövlətlər çoxdur və biz başqa təşkilatların tərkibində yox, ayrıca hərbi blok yaratmaqla öz problemlərimizi həll edə bilərik", - o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed