Şrift:
AMEA Azərbaycanda “yay-qış” vaxtına keçidin ləğv olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək
29.02.2012 [17:44] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyəti Azərbaycanda “yay-qış”vaxtına keçidin ləğv olunması ilə bağlı tövsiyə verib.
Bu barədə AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, bununla bağlı AMEA Azərbaycan Nazirlər kabinetinə müraciət edəcək.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib ki, Azərbaycanda yay-qış vaxtına keçid Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq həyata keçirilir. Alim deyib ki, yay-qış vaxtına keçid bir neçə saat qurşağında yerləşən, o cümlədən günün işıqlı hissəsinin minimal həddinin iş vaxtından az olduğu ölkələr üçün aktualdır. Regionda Günəşin saat 12:00-da kulminasiya nöqtəsində olması keçidin düzgünlüyü üçün əsas meyar götürülməli, iş vaxtı günün işıqlı hissəsində “səhər-axşam” simmetriyası prinsipinə əsaslanmalıdır. Yay-qış vaxtına keçid ekvatora yaxın ölkələr üçün, eləcə də şimal və cənub qütblərinə yaxın regionlarda aktual deyil. Keçid vaxtı bir sıra vacib məsələlər - keçid nəticəsində enerjidən istifadəyə qənaət, keçidin ətraf mühitə, idarə, müəssisə və təşkilatlarda iş rejiminə, əmək məhsuldarlığına və insan sağlamlığına təsiri, təhsil sistemində və bir sıra digər sektorlarda ortaya çıxan problemlər və sair nəzərə alınmalıdır. Ə. Quliyev 1930-cu ildən praktikada olan dekret vaxtının ləğv edilməsi məsələsinin öyrənilməsinin zəruri olduğunu deyib və dekret vaxtı ləğv olunmaqla hazırda tətbiq edilən qış vaxtından (Qrinviç vaxtı+3 saat) istifadənin daha məqsədəuyğun olduğunu bildirib. Mövzu ətrafında müzakirələr aparıldıqdan sonra AMEA Rəyasət Heyəti Azərbaycanda “Qış-yay vaxtına keçid” praktikasına son qoyulmasını tövsiy
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed