Şrift:
Amerikadakı Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının ildönümü ilə bağlı verdiyi bəyanata görə Almaniya Bundestaqının üzvlərinə təşəkkür ediblər
01.03.2012 [12:48] - Gündəm
Vaşinqtondakı Azərbaycan diaspora təşkilatları, xüsusilə USAN Xocalı qətliamını və Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanata görə Almaniya Bundestaqının üzvlərinə təşəkkür edib.
Bundestaqın İnsan hüquqları komitəsinin DIE LINKE (solçular) fraksiyasından olan deputatları Katrin Verner və Annette Qrot 1992-ci il 26 fevralda baş vermiş Xocalı qətliyamını ağır müharibə cinayəti adlandırıblar. Deputatlar qeyd ediblər ki, “Human Rights Watch” və Rusiyanın insan hüquqları mərkəzi olan “Memorial” təşkilatları bu hadisəni Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda müharibədə ən böyük qətliam adlandırıblar. Arasında xeyli sayda müharibə qaçqını, xəstə, qoca, qadın və uşağın da yer aldığı 600-dən artıq azərbaycanlı müsəlman mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib.
Diaspora üzvləri digər ölkələri də Bundestaq üzvlərinin bəyanatına qoşulmağa çağırıblar. Onlar həmçinin Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanunu ləğv etməsini də alqışlayıblar.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed