Şrift:
ABŞ HƏRBİ HAVA QÜVVƏLƏRİ İRANA HÜCUM ÜÇÜN AĞ EVƏ MÜXTƏLİF TƏKLİFLƏR VERİB
01.03.2012 [12:49] - Güney Azərbaycan xəbərləri
Fevralın 29-da jurnalistlərə açıqlama verən ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Norton Şvartz İrana qarşı hərbi hücuma tam hazır olduqlarını bildirib.

Norton Şvartz deyib ki, İrana qarşı hərbi hücum üçün müxtəlif planlar hazırlanıb: “ABŞ Hərbi Hava Qüvvələri digər silahlı qüvvələrlə birlikdə İrana hücum üçün Ağ evə müxtəlif seçimlər təklif edib”.

“Hərbi Hava Qüvvələri təkbaşına İranın nüvə proqramına son qoymaq gücünə malikdirmi” sualına general belə cavab verib: “Bu, hərbi hücumun məqsədindən asılıdır. Baxır hədəf nədir: İranın nüvə proqramına son qoymaq, yoxsa onu təxirə salmaq və ya fəaliyyətini ləngitmək”.

Norton Şvartz deyib ki, İrana qarşı mümkün hərbi hücum reallaşsa, əməliyyatlara ABŞ-ın Orta Şərqdəki hərbi qüvvələrinin komandanı general Ceyms Matis komandanlıq edəcək.
Bu xəbər oxucular tərəfindən 1155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed