Şrift:
Azərbaycan neftinin bir barrelinin qiyməti 49 dollara yaxınlaşır
16.08.2016 [10:27] - Gündəm, İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar bahalaşaraq 45,47 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 48,03 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 48,97 dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed