Şrift:
Güney Azərbaycan xəbərləri
01.03.2012 [18:12] - Gündəm
İranda 2 Azərbaycanlı xanım həbsə və qamçı vurulmağa məhkum olub
Güney Azərbaycan xəbərləri





Güney Azərbaycan Öyrənci Hərəkatı və HRANA xəbər vebsaytları 12 Təbrizli siyasi, mədəni və qadın haqları fəalının tutuqlanması və onların ikisininə həbs və qamçı cəzası verilməsi barədə xəbərlər yayıblar.
Behcət xanım Fəramərzi məhkəmədə altı ay həbs cəzasından əlavə 20 qamçıya məhkum olub. Ondan əlavə, Ruqəyyə xanım Həsənzadəyə də 91 gün həbs və 20 qamçı cəzası verilib. Xəbər mənbələri, üç xanımın adını çəkmədən, onların bəraət qazanması barədə xəbər yayıblar.
Müxtəlif xəbər mənbələrinin bildirdiklərinə görə əsasən bu xanımlar Urmu Gölünün qurumasına etiraz hərəkətlərinda, İranın əmniyyət quvvələri tərəfindən tutulub və beşinin mühakiməsi Şərqi Azərbaycanın inqilab və umumi məhkəmələrində keçirilib amma qalan yeddi fəal xanımın mühakimələrinin zamanı bəlli deyil.
Urmu Gölünün qurumsına qarşı etirazlar o zaman başladı ki, Azərbaycanlı millət vəkillərinin bir hissəsi bir layihə hazırlayıb və dövləti Urmu Gölünə su getirmək üçüm məcbur etmək layihəsini İran parlımentinə verdilər amma parlametin üzvüləri ona səs vermayıb və bir neçəsi çarə olaraq azərbaycanlıların azərbaycan topraqlarıdan köçməsini təklif etdilər və bu təklif etira nümayişlərinin başlamasında və azərbaycanlıların küçələrə yayılmasında rol oynadı.
Urmu Gölünün qurumasına qarşı keçirilən etirazlar zamanı tutulan və mühakimə olan xanımların içində Fəranək xanım Fərid və Münirə Əkbərpur kimi tanınmış yazarlar var. Fəranək xanımın üç cildid kitabı nəşr olub. Münirə xanım, həm şairr və həmdə Fransa dilindən tərcümələr edir.
Bu xanımlar, o cümlədən Fəranək Fərid iddia edirlər ki, İran qanunları və İnsan haqları müqavilələri əsasına qadın haqlarını müdafiyə edib və Urmu Gölünün qurumasının qarşısını almaq üçün çalışırlar və həmən qanunlara əsasən İran dövləti onları himayə etməlidir
Beynalxalq təşkilatların yaydıqları bəyanatlara baxılırsa, İran hökuməti, dil, insan haqları, sərbəst yazı, fikir azadlığı, ətraf- mühit kimi sahələrdə fəaliyyət göstərənləri düşmən kimi görür və onları İnqilab Məhkəmələrində və 30 il bundan əvvəl Şah rejimilə mübarizə apardığı inqilab qanunlarılə susdurmağa çalışır.
Sulduzda demoqrafik dəyişikliyə qarşı milli şüarlar səsləndirilib
Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlılar bölgənin demoqrafik dəyişiklikdən irəli gələn təhlükəyə etiraz ediblər. Milli şüarlar səsləndirilən kütləvi etiraz, İranda parlament seçkilərinin 9-cu dövrünün keçiriləcəyi günlərə təsadüf edir. Aksiyaçılar bölgənin dəmoqrafik dəyişikliyindən irəli gələn təhlükə və kürd təşkilatları tərəfindən müəyyən edilmiş namzədlərə etiraz ediblər.Bu arada milli zəmində genişləmməkdə olan etirazları önləmək üçün, Güney Azərbaycanın bir çox şəhərlərində internet və telefon xidmətlərində problemlər yaradılıb.


Hillari Klinton: İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq
Güney Azərbaycan xəbərləri






“İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq Bunu ABŞ dövlət katibi Hillari Klinton ABŞ Senatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla bağlı Avropa Birliyi və Yaponiya ABŞ-la əməkdaşlıq edir. H. Klinton hazırda İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını da vurğulayıb

MİRHÜSEYN MUSƏVİNİN QIZLARI: “O GÜN AZADLIQ HAQQINDA MAHNI OXUMAQ GÜNAH SAYILMAYACAQ”
Güney Azərbaycan xəbərləri






İran müxalifətinin bir ildən çoxdur həyat yoldaşı ilə birlikdə ev dustaqlığında saxlanan lideri Mirhüseyn Musəvinin qızları Kövkəb, Zəhra və Nərgiz internetdə yerləşdirdikləri yazıda valideynlərinin müqavimətindən söz açıblar.
“Bütün bu divarlar, zəncirlər və barmaqlıqlar bir gün sınıb qırılacaq” başlıqlı yazıda deyilir: “Siz öz mövqeyiniz üstündə dayanıb əyilmədiniz. Siz zülmə baş əyməyib həmvətənlərinizlə bağladığınız ilqara (əhd-peymana) sadiq qaldınız. Siz küçə və meydanlarda dostluq, paklıq, məhəbbət və düzgünlük uğrunda qanına bələnərək şəhid olan o böyük insanlar kimi möhkəm dayandınız.
Biz əminik və inanırıq ki, bütün bu divarlar, zəncirlər və barmaqlıqlar bir gün sınıb qırılacaq. O gün azadlıq haqqında mahnı oxumaq artıq günah sayılmayacaq, biz dözüm və imanımızın meyvəsini dərib bütün dünya ilə paylaşacağıq”.

İRANDA İSLAMDAN XRİSTİANLIĞA KEÇƏN DAHA 13 NƏFƏR TUTULUB
Güney Azərbaycan xəbərləri





İranın Kirmanşah şəhərində islamı tərk edərək xristianlığı qəbul edən 13 nəfər tutulub. Hadisə bir neçə gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
İrandakı hüquq müdafiəçiləri xəbər verir ki, ETTELAAT-ın Kirmanşah şöbəsinin əməkdaşları ev şəraitində fəaliyyət göstərən bir kilsədə əməliyyat keçirərək ibadətlə məşğul olan 13 nəfəri tutub bilinməz istiqamətə aparıblar. Evdə axtarış aparılıb, yeni xristianlara məxsus “İncil” kitabları və bir sıra şəxsi əşyalar götürülüb.
Tutulanlardan 10-u bir gün sonra dindirilib, onlardan xristianlığa dair iclaslara bir daha qatılmayacaqları haqda yazılı iltizam alınıb, barmaq izləri çıxarılıb və müvəqqəti azadlığa buraxılıb. 3 nəfər (Mehdi Çəqakəbudi, Muctaba Babakərəmi və Şirin Qəmbəri) isə saxlanılıb.

ABŞ HƏRBİ HAVA QÜVVƏLƏRİ İRANA HÜCUM ÜÇÜN AĞ EVƏ MÜXTƏLİF TƏKLİFLƏR VERİB
Güney Azərbaycan xəbərləri






Fevralın 29-da jurnalistlərə açıqlama verən ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Norton Şvartz İrana qarşı hərbi hücuma tam hazır olduqlarını bildirib.
Norton Şvartz deyib ki, İrana qarşı hərbi hücum üçün müxtəlif planlar hazırlanıb: “ABŞ Hərbi Hava Qüvvələri digər silahlı qüvvələrlə birlikdə İrana hücum üçün Ağ evə müxtəlif seçimlər təklif edib”.
“Hərbi Hava Qüvvələri təkbaşına İranın nüvə proqramına son qoymaq gücünə malikdirmi” sualına general belə cavab verib: “Bu, hərbi hücumun məqsədindən asılıdır. Baxır hədəf nədir: İranın nüvə proqramına son qoymaq, yoxsa onu təxirə salmaq və ya fəaliyyətini ləngitmək”.
Norton Şvartz deyib ki, İrana qarşı mümkün hərbi hücum reallaşsa, əməliyyatlara ABŞ-ın Orta Şərqdəki hərbi qüvvələrinin komandanı general Ceyms Matis komandanlıq edəcək.

DUBAYIN “NUR İSLAM BANKI” İRAN BANKLARI İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRDIĞINI AÇIQLADI
Güney Azərbaycan xəbərləri




Dubayın “Nur İslam Bankı” fevralın 29-da bəyanat yayaraq İran bankları ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. “Nur İslam Bankı”na Dubay əmirinin oğlu rəhbərlik edir. Bundan əvvəl İran xarici ölkələrə satdığı neftin pulunun 60 faizini həmin bank vasitəsi ilə alırdı.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Xalid əl-Qeys jurnalistlərə açıqlamasında deyib: “Biz BMT-nin İranla bağlı qətnamələrinə riayət edirik. “Nur İslam Bankı” hələ 2011-ci il dekabrın sonunda qabaqlayıcı tədbir görərək İran bankları ilə bütün əməkdaşlığını dayandırıb”.
Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed