17.08.2016 [11:00] - Gündəm, İdman
"Bura qızıl medal üçün gəlmişdim, amma təəssüflər olsun ki, bunu qazana bilmədim. Məni dəstəkləyənlərin hamısına çox minnətdaram". Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da bürünc medal qazanan güləşçimiz Rəsul Çunayev deyib.
R.Çunayev yarımfinalda məğlub olmasının səbəbindən də danışıb: “Çoxdandır mən 66 kq çəki dərəcəsində çıxış etmirdim, Olimpiadaya düşmək üçün çəkimi aşağı salmalı oldum. Əlbəttə, çəkimi aşağı salmağım böyük rol oynadı, qısa vaxt ərzində döşəyə çağırdılar, istirahət etməyə imkan olmadı. Həm də, püşküm çətin idi. Tanıdığım rəqiblər idi. Rəqiblərim olimpiya, dünya çempionları idi, gərək güclünü məğlub edəsən ki, qalib gələsən. Yalnız yarımfinal görüşündə bu alınmadı”.
Güləşçimiz Olimpiadada bürünc medal qazandı
Qeyd edək ki, Azərbaycanın yunan-roma güləşçisi R.Çunayev Rio-2016 Olimpya Oyunlarında bürünc medal qazanıb.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |