19.08.2016 [11:33] - Gündəm, Mədəniyyət
Naxçıvanda 2 muxtar respublika tabeli kitabxana, 8 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsində söhbət açılıb. Müşavirədə Ordubad və Culfa rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, 2015-ci ilin statistikasına əsasən, muxtar respublikada kütləvi kitabxanaların sayı 234 ədəd olub. Bu kitabxanalarda kitab və jurnalların sayı 2 milyon 126 min nüsxədən çoxdur. Ötən ilin yeddi ayı ərzində nazirliyin sisteminə daxil olan kitabxanalara 181 adda 4 min 550 nüsxə çap məmulatı daxil olub. Yeni oxucu sayı 1424 nəfər, oxucu gəlişi 36 min 630 nəfər, kitab verilişi 441 min 43 çap məhsulu təşkil edib. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından 2 min 360 nəfər virtual xidmət, 974 oxucu isə lokal şəbəkədən olmaqla, 3334 oxucu istifadə edib.
Qeyd olunub ki, nazirliyin 2016-cı il üçün iş planına əsasən, kitabxana xidmətinin yüksəldilməsi ilə əlaqədar kitabxana günlərinin, mütaliə, həmçinin nağıl günlərinin, kitab müzakirələrinin keçirilməsi diqqət mərkəzində saxlanılıb. “Mütaliə günü” layihəsi çərçivəsində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS tərəfindən Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib. Ötən yeddi ayda “Nağıl günü” ilə əlaqədar 202, “Mütaliə günü” ilə əlaqədar 65 tədbir təşkil edilib. Ümumilikdə isə son 7 ayda muxtar respublikanın kitabxanalarında, eləcə də rayon (şəhər) MKS-də 32 görkəmli şəxsiyyətlə bağlı 104 yubiley tədbiri, 21 ədəbi-bədii gecə, 35 oxucu konfransı, 25-dək kitab müzakirəsi, 19 yığıncaq, 39 səyyar sərgidən ibarət olmaqla, 160-dan çox mədəni-kütləvi tədbir keçirilib.
Keçirilən zona müşavirəsinin əsas məqsədinin kitabxana işi ilə bağlı problemləri müzakirə etmək, işdə olan nöqsanları aradan qaldırmaq, kitabxana işində çalışan işçilərə elmi-metodik kömək göstərməkdən ibarət olduğunu vurğulayan Natəvan Qədimova deyib ki, mütaliə mədəniyyəti, kitabxana-oxucu münasibətləri, kitabxana işində qarşıya çıxan çətinliklər, kitabxana xidməti və bir çox məsələləri ətraflı təhlil etmək bütün kitabxanaların əməkdaşlarını düşündürməlidir. Kitabxana əməkdaşları üçün bundan sonra da nazirlik tərəfindən mütəmadi seminar-treninqlər keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynovanın, Ordubad və Culfa Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Azər Əliyevin və Füzuli Hüseynlinin mövzu ilə bağlı çıxışları olub.
Müşavirədə kitabxanalarda işin canlandırılması üçün təcrübəli kitabxana işçilərinin təklifləri dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |