Şrift:
Bahar Muradova: Bəzi qüvvələrin Qubada baş verənləri üsyan və ya inqilab kimi təqdim etməsi əsassız və cəfəngiyyatdır
02.03.2012 [10:38] - Gündəm
“İnsanların onları narahat edən sosial məsələlərlə bağlı fikir və etiraz bildirməsi normal haldır. Bu, onların hüququdur”.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada dünən baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr tərəfindən bu aksiyanın üsyan və ya inqilab kimi təqdim olunması əsassız və cəfəngiyyatdır: “Dünən Fransanın paytaxtı Parisdə də 100 minlik mitinq keçirilirdi. Belə çıxır ki, hər bir geniş mitinqi üsyan kimi dəyərləndirək?”
“Bu aksiyanın ilhamvericisinin xarici qüvvələr ola biləcəyi ehtimalı nə qədərdir” sualını cavablandıran Bahar Muradova bildirib ki, bir neçə ay əvvəl edilən çıxışın sonradan mətbuata yol açması və yayılması müəyyən məqamlardan xəbər verə bilər: “Bu məsələdə kimisə ittiham edə bilmərəm. Ölkənin hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırmalara başlayıb. Gəlin səbir edək, araşdırmaların nəticələrini gözləyək”.
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed