Şrift:
Alimlərdən yenilik: xərçəng şişini məhv edən nanorobotlar yaradılıb
20.08.2016 [11:02] - Gündəm, Sağlıq
Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xəbər verir ki, alimlər qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.

Siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir. Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed