Şrift:
Rio-2016: Taekvondoçumuz bürünc medal qazandı
20.08.2016 [11:20] - Gündəm, İdman
Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani mübarizəyə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.

İdmançımız ilk hissədə rəqibindən 4 xal alıb. İkinci hissədə hesab 11:4 M.Harçeqaninin xeyrinə olub. Üçüncü hissədə də rəqibinə aman verməyən taekvondoçumuz növbəti mərhələyə yüksəlib - 13:6.
Təmsilçimizin növbəti mərhələdə rəqibi iranlı Mehdi Xudabəxşi olacaq.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed