Şrift:
Azərbaycanda metal əritmə sexində partlayış olub, ölən var
02.03.2012 [11:23] - Hadisə
Bakıda metal əritmə sexində partlayış olub.
Bu barədə Qaradağ Rayon Polis İdarəsindən bildirilib.
Hadisə Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində fəaliyyət göstərən metal əritmə sexində baş verən partlayış nəticəsində orada işləyən bir nəfər – 40 yaşlı Əbülfət Əzim oğlu Rəsulov xəsarət alıb. Təcilli olaraq xəstəxanaya yerləşdirilən yaralı aldığı xəsarətdən orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed