26.08.2016 [11:41] - Gündəm, Sağlıq
BMT-nin baş katibi cümə axşamı İtaliya Prezidenti Sergio Mattarellaya telefonla zəng edərək ölkənin mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
BMT-nin saytı xəbər verir ki, Pan Gi Mun səmərəli və operativ tədbirlər sayəsində zəlzələdən zərər çəkən yüzlərlə insanın həyatını xilas etdiyinə görə İtaliya hökumətinə minnətdarlığını bildirib. BMT-nin başçısı əlavə yardım ayırmağa hazır olduğunu da deyib.
Son məlumatlara görə, zəlzələ nəticəsində 247 nəfər ölüb. Yüzlərlə insan xəsarət alıb. Bir çox rayonlarda elektrik xətləri zədələnib, binalar, o cümlədən xəstəxanalar dağılıb. Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri vəziyyəti diqqətlə izləyirlər. “Biz də çox narahatıq ki, tibb müəssisələri ciddi xəsarət alıb. Yaranmış vəziyyətdə çox vacibdir ki, xəstəxanalar normal rejimdə işləməyə davam etsinlər. Biz lazımi kömək göstərməyə hazırıq”, - deyə DST-nin regional direktoru Jujanna Yakab bildirib.

Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |