27.08.2016 [10:44] - Gündəm, Hadisə
Zimbabvenin paytaxtı Harare şəhərində ölkədə seçki islahatlarının həyata keçirilməsini tələb edən nümayişçilərlə polis arasında şiddətli qarşıdurma baş verib.
“lefigaro.fr” saytı xəbər verir ki, qarşıdurmalar avqustun 26-da günorta saatlarında şəhərin mərkəzində qeydə alınıb. Polis nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə polisə daş atıb, avtomobil şinlərinə od vurublar.
Qarşıdurmalardan sonra biri jurnalist olmaqla ümumilikdə 67 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, icazəli şəkildə təşkil olunan nümayişdə ölkənin 18 müxalifət partiyasının üzvləri iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |