Şrift:
Milli Məclisin Təhlükəsizlik və müdafiə üzrə parlament komitəsinin üzvü Fərəc Quliyevlə müsahibə-dünyanın anlayacağı dillərdə
02.03.2012 [15:34] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan haqlı olaraq Qəbələ RLS-ə görə yüksək icarə haqqı tələb edir”
Gün.Az-ın Milli Məclisin Təhlükəsizlik və müdafiə üzrə parlament komitəsinin üzvü Fərəc Quliyevlə müsahibəsi:

- Bu yaxınlarda Moskvada Azərbaycanla Rusiya arasında Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istismarı müqaviləsinin uzadılması ilə bağlı aparılan danışıqların yekunlarına əsasən bəyan olundu ki, Azərbaycan tərəfi stansiyanın icarəsi üçün yüksək məbləğ tələb edir. Sizcə, bu RLS-in istismar məbləğinin artırılması yolveriləndirmi?

- Mən ümumiyyətlə, Qəbələ RLS-in hansısa ölkəyə icarə verilməsinin tamamilə əleyhinəyəm. Çünki Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanla təmsil olunur.

Bundan əlavə, Rusiyanın ATƏT-in Misk qrupunda təmsil olunmasına baxmayaraq, bu ölkə açıq şəkildə Ermənistanı silahla təmin edir ki, bu tərəfsizlikdir və Azərbaycan üçün çox xoşagəlməz haldır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Qəbələ RLS vasitəsilə əldə etdiyi məlumatların hamısını müttəfiqi olan Ermənistanla bölüşəcək.

Bununla yanaşı, Azərbaycan öz təhlükəsizlik doktrinasında bəyan edir ki, qərblə inteqrasiyanı ölkənin inkişafında əsas istiqamət hesab edir. Bununla əlaqədar, Azərbaycan ölkənin Avropa qurumlarına inteqrasiya etməsində maraqlı olduğunu ifadə edir və öz ordusunu da NATO standartlarına müvafiq olaraq formalaşdırır.

Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, Qəbələ RLS ya Azərbaycanın istismarında qalmalı, ya Qərb müttəfiqlərimizin istismarına verilməli, ya da ləğv edilməlidir.

Lakin əgər,hər hansı səbəbdən Qəbələ RLS yenə də Rusiyaya icarəyə verilərsə, o zaman bu proses real qiymət nəzərə alınmaqla, eləcə də müəyyən şərtlər daxilində, xüsusilə bu RLS-in köməyi ilə əldə edilən məlumatların Ermənistan tərəfinə ötürülməsinə yol verilməməsi şərtləri çərçivəsində təmin olunmalıdır. Buna görə də hesab edirəm ki, əgər Azərbaycan tərəfi danışıqlar prosesində Rusiyadan bu stansiyanın icarəsi üçün yüksək məbləğ tələb edirsə, buna tam haqqı çatır.

- Azərbaycan Qəbələ RLS-i Rusiya tərəfinə icarəyə verməklə, hər hansı siyasi və hərbi risk daşıyırmı?

- Azərbaycan bu stansiyanın Rusiyanın hərbi obyekti qismində bölgədə fəaliyyət göstərməsinin Rusiya üçün və dövlətlərarası münasibətlərdə əhəmiyyətini dərk edir. Azərbaycan öz qonşuları ilə problemlərin yaranmamasında maraqldıır. Rusiya Azərbaycanın böyük qonşusudur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır,işləyir.

Digər tərəfdən, heç kim üçün sirr deyil ki, Qarabağ probleminin həlli daha çox Rusiyadan asılıdır. Lakin təəssüflər olsun ki, Rusiya bu problemin həll edilməsinə heç bir maraq nümayiş etdirmir.

Bundan əlavə onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar yenidən başlanarsa, raketlərdən istifadə olunacaq, aviasiya, Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə salınacaq. Buna görə də bütün bu amilləri nəzərə alsaq və həm də Rusiyanın hələ də Ermənistanın yaxın müttəfiqi olaraq qaldığını diqqətə alsaq, hesab edirəm ki, Qəbələ RLS-in Rusiya tərəfinə icarəyə verilməsi müəyyən risklər yaradır.

- Rusiya dəfələrlə Qəbələ RLS-dən Birləşmiş Ştatlarla birgə istifadəyə dair çıxış edib. Tehranın ona qarşı müharibə başlayacağı təqdirdə ABŞ-ın bütün obyektlərinə zərbə endirəcəyini dəfələrlə bəyan etdiyini nəzərə alsaq, Qəbələ RLS-i üçün İran nə dərəcədə təhlükə kəsb edir?

- ABŞ və onun müttəfiqləri kifayət qədər hərbi gücə, eləcə də Hörmüz boğazında və Fars körfəzində radiolokasiya stansiyalarına malikdir. Ona görə, ABŞ İranın şimalında stansiyanın mövcudluğuna ehtiyac duymur.

Bundan əlavə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ərazilərindən İrana qarşı istifadəyə izn verməyəcək. Ona görə, reallıq belədir ki, əgər İran öz hərbi gücünü nümayiş etdirmək istəyirsə, qoy bunu Hörmüz boğazı və Fars körfəzində etsin.

- Rəsmi Bakının Qələbə RLS-ni Rusiyanın istifadəsinə verməkdən imtina etməsi Azərbaycan-Rusiya münasibətlərinə nə dərəcədə təsir göstərə bilər?

- Qəbələ RLS-nin Rusiya tərəfinə istifadəyə verilməsi özlüyündə müəyyən hərbi risklər daşıyır. Ona görə, bu stansiyanın Rusiyaya və ya başqa bir ölkənin istifadəsinə verilməsindən imtina məntiqəuyğun olardı. Bu təqdirdə, bütün real və ehtimal olunan risklər yox olacaq.

Yəni nə stansiya olacaq, nə də problem. Başqa sözlə desək, əgər stansiya Rusiya və müttəfiqlərinin istifadəsində olacaqsa, o zaman mümkün Rusiya və müttəfiqləri-ABŞ və müttəfiqləri qarşıdurması zamanı Amerika ilə müttəfiqləri onu məhv etməyə çalışacaq, yox əgər ABŞ və müttəfiqlərinin istifadəsində olacaqsa, o zaman onu İran məhv etməyə səy göstərəcək.

Azərbaycan tərəfinin Qəbələ RLS-ni Rusiyanın istifadəsinə verməkdən imtinası təqdirində Rusisanin incikliyini aradan qaldırma imkanları var. Azərbaycan-Rusiya münasibətlərindəki bu ziyanı enerji və digər sahələrdə əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi yolu ilə əvəzləmək olar.

- Azərbaycan tərəfinin Rusiya ilə dnışıqlarda xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin obyektiv şəkildə nizamlanması məsələsində siyasi fayda tələb etməsi nə dərəcədə düzgün olardı?

- Azərbaycan bu problemin həllində Rusiyadan heç bir fayda istəmir. Bakı yalnız istəyir ki, Rusiya Azərbaycana qarşı çıxış etməsin və Azərbaycan torpaqlarını işğal edən Ermənistanı müdfiə etməsin.

Başqa sözlə desək, biz istəyirik ki, Rusiya Azərbaycan əleyhinə mövqe tutmasın, lakin eyni zamanda biz istəyirik ki, Rusiya ənənəvi olaraq Ermənistanı dəstəkləməsin. Siyasi fayda o olardı ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla həll etdiyi zaman Ermənistana yardım göstərməməklə razılaşsın.

N.H.
Gün.Az


Азербайджан по праву запрашивает высокую цену за аренду Габалинский РЛС - парламентарий

Повышение Азербайджаном суммы аренды за Габалинскую РЛС обоснованно, считает член парламентского комитета Милли меджлиса по обороне и безопасности Фарадж Гулиев.
«Если Габалинская РЛС и далее будет предоставлена в аренду России, то это должно быть осуществлено с учетом реальной цены», - заявил Ф.Гулиев агентству «Интерфакс-Азербайджан».
При этом парламентарий подчеркнул, что в Баку понимают необходимость функционирования этой станции в качестве военного объекта России в регионе. «Но, следует учесть, что Россия представлена в ОДКБ с Арменией, страной, оккупировавшей часть территорий Азербайджана. Кроме того, несмотря на то, что Россия представлена в Минской группе ОБСЕ, она в открытой форме предоставляет Армении вооружения. Все это дает основание предполагать, что Россия будет делиться с Арменией информацией, полученной посредством Габалинской РЛС», подчеркнул он.
При этом, Ф.Гулиев обратил внимание на то, что в случае возобновления боевых действий между Азербайджаном и Арменией будут использованы ракеты, задействована авиация, системы ПВО. «Поэтому, учитывая это, считаю, что передача Габалинской РЛС в аренду российской стороне носит в себе определенные риски», - отметил парламентарий.
Он отметил, что соглашение по пролонгации аренды Габалинской РЛС должно быть заключено с выполнением определенных условий, в частности, недопущении передачи армянской стороны информации, полученной с этой радиолокационной станции. «Считаю, что азербайджанская сторона полностью права, если в переговорах с Россией ставит определенные условия и запрашивает высокую цену за аренду этого объекта», подчеркнул парламентарий.
Подписанное в 2002 году соглашение о статусе, принципах и условиях использования РЛС «Дарьял» со сроком действия 10 лет было ратифицировано парламентами, и предусматривает для этой радиолокационной станции статус информационно-аналитического центра и относит ее к собственности Азербайджана.
Россия, согласно условиям действующего соглашения, ежегодно выплачивала Азербайджану за аренду РЛС $7 млн.
Кроме того, Россия оплатила Азербайджану $31 млн за использование этой станцией в 1997-2000 годах.
В настоящее время Азербайджан и Россия ведут переговоры по определению условий пролонгации соглашения по Габалинской РЛС сроком на 10 лет. Азербайджанская сторона ранее заявила, что в переговорах просит у России увеличения суммы арендной платы.
Согласно сообщениям ряда российских СМИ, Азербайджан первоначально запрашивала у российской стороны $15 млн арендной платы в год. Однако, согласно тем же сообщениям, Азербайджан поднял требуемую сумму до $150 млн., а в последнее время до $300 млн.
N.H.
www. Interfax.az




Azerbaijan 'within its rights' to seek high rent for Gabala radar


Faraj Guliyev
News.Az interviews Faraj Guliyev, chairman of the National Revival Movement Party and a member of the Parliamentary Committee on Defence and Security.
The Azerbaijani side is reported to have asked for a high rent in talks in Moscow on extending Russia's lease of the Gabala radar station. Do you think this price increase is acceptable?


I am totally against leasing the Gabala radar station to any country, because Russia is a member of the Collective Security Treaty Organization (CSTO) alongside Armenia, a country that is occupying Azerbaijani territory. In addition, despite the fact that Russia is a member of the OSCE Minsk Group, it openly supplies arms to Armenia, which is unacceptable for Azerbaijan. All this gives grounds to believe that Russia will share information obtained through the Gabala radar station with its ally Armenia.

At the same time, Azerbaijan states in its security concept that it considers a Western orientation to be its main focus in the development of the country. Azerbaijan sets out its interest in the country's integration into European structures and is shaping its army in line with NATO standards. Given these factors, I believe that the Gabala radar station should remain at the disposal of Azerbaijan or our Western allies or should be closed down.
But if lease of the Gabala radar station to Russia is to continue, it should take into account the actual price and conditions, in particular, it should prevent the Armenian side from getting information obtained by this radar. Therefore, I believe that the Azerbaijani side is completely within its rights if it is asking a high price for the lease of the facility in its negotiations with Russia.

Is Azerbaijan exposed to any political or military risk by leasing the Gabala radar station to Russia?

Azerbaijan understands the need for the station to operate as a Russian military facility in the region. Azerbaijan has an interest in having no problems with its neighbours. Russia is a great neighbour of Azerbaijan. It is home to millions of Azerbaijanis. On the other hand, it’s no secret that the settlement of the Karabakh problem to a great extent depends on Russia, but, unfortunately, Russia is not interested in resolving this problem.

In addition, it should be noted that in the event of the resumption of hostilities between Azerbaijan and Armenia, missiles, aircraft and air defence systems will be involved. Therefore, considering this and the fact that Russia remains a close ally of Armenia, I believe that the lease of the Gabala radar station by the Russian side does entail risks.

Russia has several times proposed joint usage of the Gabala radar station with the United States. In this respect, what threat does Iran pose to the station, given that Tehran has repeatedly stated that in the event of a war against it, it will hit all facilities of the US?

The United States and its allies have sufficient military capacity, including radar stations, in the Straits of Hormuz and Persian Gulf. Therefore, the US does not feel the need for a station in northern Azerbaijan. In addition, the Azerbaijani side has repeatedly stated that it will prevent the use of its territory against Iran. Therefore, the reality is that if Iran wants to demonstrate its military power, let it do it in Hormuz and the Persian Gulf.

To what extent could Baku's refusal to rent the station to Russia negatively affect Azerbaijani-Russian relations?

Renting the radar station to the Russian side is subject to certain risks. Therefore, it would be logical to refuse to rent the station to Russia or any other country. In this case, all real and probable risks would vanish, i.e. no station, no problem. In other words, if the station is used by Russia, then the US itself will attempt to destroy it in the event of a Russian-US confrontation, and if is used by the United States, Iran will attempt to destroy it.

Would it be right for Azerbaijan in the course of the negotiations to ask Russia for political dividends, in particular, on a Karabakh settlement?

Azerbaijan does not want any advantages from Russia in resolving this problem. Baku wants Russia only not to act against Azerbaijan and not to support Armenia which has occupied Azerbaijani land. In other words, we don’t want Russia to take a pro-Azerbaijani position but at the same time we don't want it to take a pro-Armenian position either. The political dividend could be that Russia agrees not to support Armenia when Azerbaijan restores its territorial integrity through military means.

N.H.
News.Az
Bu xəbər oxucular tərəfindən 3149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed