02.03.2012 [16:15] - Siyasət
Vaşinqtondakı iranlı analitiklər Azərbaycan və İran arasında yaşanan diplomatik gərginlik barədə fikirlərini APA-nın Vaşinqton müxbiri ilə bölüşüblər.
Araşdırma və İnkişaf Korporasiyasının (RAND) Vaşinqtondakı ofisinin iranlı analitiki Əlirza Nadir bu fikirdədir ki, İran rejiminin Azərbaycana etimadsızlığının dərin kökləri var.
“Azərbaycan dünyəvi dövlətdir, baxmayaraq ki, əhalisinin əksər hissəsi şiələrdir. İranda isə şiə teokratiyasıdır. Bundan əlavə, milyonlarla iranlı etnik azərbaycanlıdır və onlar əhalinin ən narahat və inadkar hissəsidir, Urmiya gölü ilə bağlı etiraz aksiyaları bunu sübut edir”.
Analitikin fikrincə, Bakı öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyincə İran Azərbaycana qarşı hər hansı bir addım atmaz: “Amma İsrail və Azərbaycan arasında isti münasibətlər Tehranı gələcəkdə narahat edəcək”.
ABŞ Humanitar Elmlər üzrə Dövlət Fondu Şurasının üzvü doktor Cəmşid Çoksi APA-nın müxbirinə bildirib ki, dini, mədəni, etnik, linqvistik və tarixi münasibətləri bu qədər yaxın olan iki qonşu dövlət arasında gərginliyin olması təəssüf doğurur.
“Azərbaycan BMT sanksiyalarının və digər qlobal mandatların şərtlərinə əməl etməlidir. Eyni zamanda Azərbaycan öz razılığı olmadan ərazisinin digər dövlətlərin qüvvələri və agentləri tərəfindən istifadəsinə də yol verməməlidir. Bu kontekstdə, Azərbaycan ikitərəfli, regional və beynəlxalq münasibətlərini özünün strateji və diplomatik maraqları baxımından balanslaşdırmalıdır”.
Analitik qeyd edir ki, hazırda İran liderləri ölkə daxilindəki narazılıqlardan və xaricdə təcrid olunmalarından çox narahatdırlar: “Tehran rejimi regionda ABŞ, Avropa Birliyi və İsraillə əməkdaşlıq edən hər bir dövlətə şübhə ilə yanaşır. İran liderləri qorxurlar ki, nüvə və hərbi obyektlərinə hücumlarda Azərbaycandan istifadə oluna bilər. İranın hədələrinin səbəbi də budur”.
Eyni zamanda analitik qeyd edir ki, Amerika və İsrail hökumətlərinin İranın nüvə obyektlərinə hücumun vaxtını dəqiqləşdirib-dəqiqləşdirmədiyi aydın deyil: “Hər iki ölkə bu versiyanı nəzərdən keçirdiyini elan edib, amma heç biri işi axıra çatdıracağı barədə bir söz deməyib. Hər şey İranın yaxın aylarda buna necə reaksiya verəcəyindən asılıdır. İranın hər hansı bir ehtiyatsız hərəkəti, məsələn Körfəzdəki ticarət gəmilərinə hücumu və ya gündəlik dünya neft ixracatının 20-40 faizinin keçdiyi Hörmüz boğazını bağlaması müharibəyə səbəb ola bilər”.
Analitikin fikrincə, nə qədər ki, İran Azərbaycan ərazisindən ona hücum məqsədilə istifadə olunmayacağına əmindir, Azərbaycana və onun obyektlərinə hücum etməyəcək. “İranın öz qonşularına hər hansı bir hücumu Tehrana geniş miqyaslı beynəlxalq cavabın verilməsi ilə nəticələnər”.
O təəssüflə qeyd edir ki, iki ölkə arasındakı gərginlikdən İranda yaşayan azərbaycanlılar əziyyət çəkə bilərlər, Tehran rəsmiləri onlara şübhə ilə yanaşa bilər: “Bu, İranın daxili problemlərini daha da mürəkkəbləşdirər. Azərbaycan vəziyyəti anlamalı və ehtiyatlı olmalıdır”.
Amerika Sahibkarlıq İnstitutunun əməkdaşı Əli Alfoneh qeyd edir ki, Azərbaycan Respublikası və İran bir-birini suveren dövlətlər kimi tanıyır: “Ona görə də bu dövlətlər bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməlidirlər”.
Analitikin fikrincə, tarix Azərbaycan Respublikasını və İranı ayırıb, lakin onlar unutmamalıdırlar ki, azərbaycanlılarla iranlıları birləşdirən məqamlar onları ayıran məqamlardan daha çoxdur.
O həmçinin bildirir ki, ABŞ İran ərazisini işğal etməyi planlaşdırmır.
“Əgər İslam Respublikasının düşünülməmiş siyasəti ABŞ və onun müttəfiqlərini İranın nüvə obyektlərinə hava zərbələri endirməyə vadar etsə, ABŞ və onun müttəfiqlərinə hər hansı köməkliyi göstərən dövlətlər cavab zərbələri təhlükəsi ilə üzləşə bilər”.

Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |