Şrift:
Şahmatçılarımızın yeni geyimləri
01.09.2016 [10:54] - Gündəm, İdman
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığma komandalarının yeni geyim dəsti təqdim olunub.

Bu barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Bakı Şahmat Olimpiadasında çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. İştirakçı ölkələrın sayına görə mötəbər yarış olimpiada tarixində rekord göstəriciyə malik olacaq.

Azərbaycan həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunacaq. 11 turdan ibarət olimpiada sentyabrın 13-də yekunlaşacaq. Sentyabrın 7-də yarışda istirahət günüdür. Oyunlar Bakı Kristal Zalında baş tutacaq.

Olimpiada günlərində Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə isə 183 ölkə təmsil olunacaq.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed